Baş səhifə / Maraqlı / Pişiklər üçün otel – Bir gecəsi 5 min dinar

Pişiklər üçün otel – Bir gecəsi 5 min dinar

3

“Röyter” infromasiya agentliyinin yerli mənbələrə istinadən verdiyi xəbərə görə, yüz minlərlə insan evsiz-eşiksiz qaldığı İraqda pişiklər üçün ilk otel açılıb.

Məlumatdan aydın olur ki, veterinar, yəni baytarlıq peşəsi üzrə təhsil alan tələbə Əhməd Tahir Maki öz evində sevimli ev heyvanları üçün bir otel açdı. Onun sözlərinə görə, belə bir mehmanxana ölkəsində ilk dəfədir.
Pişiklər üçün otel İraqın cənub-şərqində yerləşən Bəsrə şəhərində yerləşir. Belə bir mehmanxanada bir gecə heyvanın qalması üçün beş min dinar (təxminən 8 AZN) pul ödəmək lazım gələcək. Bu qiymətə yemək, yataq, tibbi müayinə və oyun meydançası daxildir.

Əhməd Makinin dediyinə görə, bu addımı pul qazanmaq üçün atmayıb, o bu yolla insanları pişikləri evlərinə aparmağa təşviq etmək istəyir: “Heyvanlara qayğı insanların ürəyində şəfqət hissini artırır”.

Mart ayında, ABŞ-da sahibindən 14 il ayrı qaldıqdan sonra tapılan pişiklə bağlı maraqlı xəbərlər yayılmışdı. Bir nəfər heyvan mühafizəçisi tərəfindən küçədən götürülən pişik heyvan sığınacağına aparmış, orada şəklini çəkib paylaşmışdı. Bundan sonra pişiyin sahibi tapılmışdı. Həmin pişiyin sahibi 14 ildən sonra pişiyi tapdığına görə özünü xoşbəxt hiss edirdi. Lakin ən çox o, bütün bu illər ərzində pişiyin harada olduğunu və necə həyat tərzi sürdüyünü bilmək istəyirdi. (Bizimyolinfo.com)

Bunu da oxu:

Dünyanı başqa tərəfdən göstərən 12 qeyri-adi foto

Fotoqraflar bizim adi hesab etdiyimiz hər şeydə qeyri-adilik görə bilirlər. Obyektivlərin köməyi ilə bizə təqdim …