Baş səhifə / Dünya / Bilet almaq istədi, amma valideynlərinin adı avtovağzal əməkdaşlarını qorxuya saldı (Foto)

Bilet almaq istədi, amma valideynlərinin adı avtovağzal əməkdaşlarını qorxuya saldı (Foto)

2

Türkiyənin Manisa şəhərinin avtovağzalında baş verən hadisə gülməli olduğu qədər də, hazırda Suriyadakı vəziyyətin real mənzərəsini göstərəcək dərəcədə məna kəsb edir. Belə ki, Adanaya getmək üçün Manisa avtovağzalına gələn Suriya vətəndaşı 20 yaşlı Ammar Alhasanın sərnişin-nəqliyyat şirkətinə göstərdiyi sənəd əməlli-başlı heyrətə səbəb olub.

Bizimyolinfo.com-un Türkiyənin manisaturk.com adlı xəbər saytına istinadən verdiyi məlumata görə, Ammar Alhasan bilet almaq üçün Manisa Vilayəti Miqrasiya İdarəsi tərəfindən özünə verilən müvəqqəti şəxsiyyət vəsiqəsini və icazə sənədini göstərib. Sənədi araşdıran şirkət nümayəndəsi sənəddə anasının adının “Kürdüstan”, atasının adının isə “ABŞ” (ABD – Ameika Birleşik Devletleri) olduğunu görüncə əvvəlcə çaşıblar. Sonra sənədin saxta ola biləcəyindən şübhələniblər. Sənədin saxta olmadığı müəyyən edilib və bilet alan Alhasan avtobusla Adanaya gedib.

Manisa Vilayəti Miqrasiya İdarəsinin nümayəndələri isə Ammar Alhasanın anasının adının “Kürdüstan” olduğunu, ancaq atasının adının sistemdən qaynaqlanan bir problemə görə “ABŞ” şəkildə yazıldığını bildiriblər. Alhasanın bazar ertəsi günü Manisaya təkrar gələcəyi və atasının adının bərpa olunacağı bildirilib.

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …