Baş səhifə / Sosial-İqtisadi / Avtomobil alarkən bu məqamlara diqqət edin – Avtomobili bu aylarda alın ki….

Avtomobil alarkən bu məqamlara diqqət edin – Avtomobili bu aylarda alın ki….

1

Statistikaya əsasən, sürücülərin əksəriyyəti 6 ildən bir avtomobillərini dəyişirlər. Bu 6 il kiçik müddət deyil, ona görə də özünüzə “dəmir dost” seçərkən hansı məqamlara diqqət yetirilməli olduğunu bilməlisiniz ki, gələcəkdə  avtomobilinizi satarkən çətinlik çəkməyəsiniz. Bizimyolinfo.com avtomobil alarkən üstünlük veriləsi cəhətləri diqqətinizə çatdırır.

İlk növbədə alınan avtomobilin markasına  fikir  vermək lazımdır. Hər zaman alıcılar arasında daha populyar olan və az alınan marka anlayışı mövcud olub. İkinci diqqət yetirilməli olan məqam avtomobilin komplektasiyası və mühərrikidir. Üçüncü, avtomobilin rənginə diqqət yetirilməlidir. Ağ. qara və gümüşü rəngli avtomobilləri digər rəngli avtomobillərə nisbətən daha rahat satmaq olur.

Avtomobil alarkən yalnız onun qiymətinə deyil, gələcək  xərclərinə, texniki xidmətinə, sığortasına, ehtiyat hissələrinin qiymətlərinə də diqqət yetirmək lazımdır. İldən-ilə bu xərclər artacaq və gəlirlərinizin böyük bir hissəsini alacaq.

Avtomobil alarkən sizə lazım olmayan və bunun üçün də üzərinə əlavə pul qoyulan məziyyətlərə aldanmayın. Satıcılar çox zaman hansısa modelin əlavə xüsusiyyətlərini tərifləyirlər, məsələn, onun korroziyaya davamlı əlavə vasitələrinin olduğunu söyləyirlər. Əslində bu, bütün avtomobillərdə var. Ən önəmlisdi təhlükəsizlik məsələlərinə diqqət yetirmək lazımdır.

Avtomobili yeni model buraxılışının ilk günlərində almağa çalışmayın. Baha başa  gələcək. Üstəlik, ilk 3 il ərzində istehsalçı satılmış modellərin qüsurları barədə informasiya toplayır, onu daha da təkmilləşdirir.

Avtomobil alarkən onu hansı məqsədlə istifadə edəcəyiniz, şəhərdə və ya kənddə yaşamanız, ailə üzvlərinizin sayı da önəmli faktlardır.

Əgər şəhərdə gündəlik istifadə edəcəyiniz avtomobil lazımdırsa, o zaman az yanacaq işlədən kiçik sedanlara üstünlük verilməlidir. Əgər ailə böyükdürsə, tez-tez uzaq səfərlərə çıxırsınızsa, sizə çoxyerli minivenlər, universal hetçbeklər yardımçı ola bilər. Yolsuzluq avtomobilləri isə əsasən, çətin yollara çıxan sürücülər üçün lazımdır. Əgər statusunuzu vurğulamaq istəyirsinizsə, o zaman premium-klas avtomobillərə üstünlük vermək olar.

Avtomobil alarkən satıcı menecerlərin fikrinə yox, bu barədə məlumatı olan bitərəf insanların fikirlərinə üstünlük verin.

Maşın almaq üşün ən yaxşı ay dekabrda başlayır və martda bitir. Bu dövrdə satışlarda endirimlər yüksək olur.

İl sonunda satışa çıxarılan yeni avtomobillər öz modelinə görə yeni nəsil modellərə daha yaxın olur.

Avtomobil almağa bir gündə qərar verməyin, əvvəlcə avtomobillər haqqında bol-bol informasiya toplayıb sonra hərəkətə keçin.

İlhamə Rəsulova

Bunu da oxu:

Türkiyədən sürpriz addım: Baş nazir postu ləğv edilir

Yeni kabinet parlamentdənkənar şəxslərdən formalaşacaq Türkiyənin növbədənkənar seçkilərə getməsi ilə idarəetmə sistemində ciddi dəyişikliklər olacaq. …