Baş səhifə / Dünya / Türkiyə və Kosovo arasında “fətullahçı” qalmaqalı böyüyür

Türkiyə və Kosovo arasında “fətullahçı” qalmaqalı böyüyür

3

Xəbər verdiyimiz kimi, 6 fətullahçı rəhbər şəxsin Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) Kosovo kəşfiyyatı ilə keçirdiyi uğurlu əməliyyatla yaxalanıb. FETÖ-nün Balkan ölkələrindəki strukturlaşmasına cavadehlik daşıyan fətullahçılardan Cihan Özkan, Qəhrəman Dəmirəz, Həsən Hüseyn Günakan, Mustafa Ərdəm, Osman Qaraqaya və Yusif Qarabina adlı şəxslər MKİ tərəfindən xüsusi bir təyyarə ilə martın 29-da Türkiyəyə gətirilib.

Bu hadisədən sonra Kosovo Respublikasının baş nazir Pensilvaniyadan aldığı hədələrə tab gətirməyərək təcili tədbirlər görməyə başlayıb. Belə ki, Kosovo baş naziri Ramuş Haradinay hökumətində dəyişiklik etmək məcburiyyətində qalıb. R.Haradinay kabinetdə daxili işlər naziri postunu tutan Flamur Sefay və Kosovo Kəşfiyyat İdarəsinin rəisi Driton Gaşini vəzifələrindən azad edib. Kosovo baş naziri istefalarla bağlı suala belə cavab verib: “Onlar mənim etimadımı itirdilər. Çünki onlar mənə inanmadılar və ya müəyyən səbəblərlə bu baş verən hadisələr haqqında məni məlumatlandırmağa ehtiyac duymadılar. Ona görə vəzifələrindən çıxmağı tələb etdim”. Haradinay qeyd edib ki, yüksək vəzifəli şəxslər bu cür hərəkətləri məlumatlandırmadan təkrar etməməlidirlər.

Bu hadisədən sonra Kosovo baş nazirinin fətullahçı olması barədə idddialar səslənməyə başlayıb. Türkiyə Respublikasının prezidenti R.T.Ərdoğan da daim Türkiyənin dəstəyini alan Avropanın hələ dünyanın əksər ölkəsinin tanımadığı bu “gənc” dövlətin baş nazirinin bu hərəkəti heyrətə gətirib. Hadisəyə kəskin reaksiya verən R.T. Ərdoğan ona belə bir sual ünvanlayıb: “Nə zamandan bəri dövlət çevrilişi edənləri qorumağa başladın. Sən bu əmri kimdən aldın?”

Bu açıqlamadan sonra Kosovo prezidenti də hadisəyə münasibət vermək məcburiyyətində qalıb. Kosovo prezidenti Haşim Taçi iki ölkə arasında gərginliyi səngitmək üçün məsələyə konkret münasibət sərgiləyib. H. Taçi kəşfiyyatdan hadisələ əlaqədar məlumat aldığını və əməliyyatın milli təhlükəsizliklə əlaqədar olduğunu söyləyərək, Türkiyəyə dəstək verdi: “Kosovo Kəşfiyyat Agentliyinin hesabatına görə Türkiyə vətəndaşı olan bu şəxslərin deportasiya edilmələri üçün yeganə səbəb, bunların Kosovonun milli təhlükəsizliyini təhlükəyə məruz qoyan qeyri-qanuni hərəkətlərə yer vermələridir”. Keçmişdə də milli təhlükəsizliyi hədəf alan əcnəbilərin ölkədən çıxarıldığını xatırladan H. Taçi dövlət istintaq orqanlarının hadisəni müzakirə etdiklərini və ombudsmanın müstəqil təhqiqat başlatdığını söylədi.

Prezident Taçi, milli təhlükəsizlik məsələsi ilə insan hüquq və azadlıqları arasındakı xəttin, dünyanın ən demokratik ölkələrində belə sabit bir problem olduğuna işarə edərək belə davam edib: “Kosovo, bu baxımdan istisna təşkil edə bilməz. Çünki, digər demokratik ölkələrdə olduğu kimi, ölkəmizdəki terror və casusluq hərəkətləri, ən inkişaf etmiş şəkildə yerinə yetirilir. Bunu, Kosovonun milli təhlükəsizliyini mühafizə edən orqanların bəzi qeyri-qanuni hərəkətini haqlı göstərmək üçün deyil, terrora, fundamentalizmə və ölkəmizdəki casusluq hərəkətlərinə qarşı mübarizənin nə qədər çətin olduğunu izah etmək üçün söyləyirəm”. Baş verən bu hadisənin nadir hal olduğunu söyləyən Taçi, bunun kimsə tərəfindən Kosovonu beynəlxalq müqavilələrə hörmət göstərməməkdə günahlandırmaq üçün istifadə edilməməsi gərəkdiyini dilə gətirib.

Prezidentin bu bəyanatına baxmayaraq, Kosovoda fətullahçıların həbs olunub ekstaradisiyalarını qınayıblar. Hətta Kosovo yepiskopu Dode Luş Gjergji Pasxa bayramı qeyd edərkən 6 nəfərin “sürgün edildiyi”ni və bununla əlaqədar çox narahat olduqlarını söyləyib: “Biz onlara xəyanət etdik. Mustafa bəy, üzr istəyirəm”. Kosovonun paytaxtı Priştinanın St. Nənə Tereza katedralında təşkil edilən böyük ayində bütün reaksiyalara baxmayaraq, illərdir Kosovoya xidmət edən müəllimlərin Türkiyəyə verilməsi böhranı müzakirə mövzusu olub.

Fətullahçı terror təşkilatı lideri sonuncu “Bəm teli” (“Sarı sim”) söhbətində baş verən son hadisələrə münasibət bildirib: “Quldurlar Kosovodan adam oğurladılar. Bunu Riçard eləmədi, Barbaraos, fredrik eləmədi. İstanbulu işğal edən xainlər də belə hərəkət etmədi”. F.Gülən daha sonra tərəfdarlarını daha da ehtiyatlı olmağa çağırıb və dünya üzrə hərəkatın ümumi vəziyyətinin yaxşı olmadığını etraf edib: “Körpüləri dağıtmasalar indi 3000 məktəbimiz olacaqdı… girmədiyimiz 7–8 ölkə qalmışdı”. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …