Baş səhifə / Dünya / İranda yaşayan ərəblər ayağa qalxdılar: Etirazlar böyüyür

İranda yaşayan ərəblər ayağa qalxdılar: Etirazlar böyüyür

0

İran İslam Respublikasının Xuzistan əyalətində bir neçə gündür ölkədəki etnik ərəblərin dövlət televiziyasında yayımlanan uşaq proqramına etiraz aksiyaları davam edir.

İranlı ərəb fəalların sosial media şəbəkələrindəki profillərində paylaşdıqları görüntülərdən aydın olur ki, iranlı ərəblər Əhvaz və Abadan şəhərlərində hüquqlarının məhdudlaşdırılması səbəbi ilə Dövlət Radio və Televiziya İdarəsi (“Səda və Sima”) əleyhinə etiraz nümayişləri təşkil ediblər. Görüntülərdə dövlət televiziyası əleyhinə şüarlar səsləndirən etirazçılarla polis arasında vaxtaşırı gərginlik baş verdiyi, bəzi nümayişçilərin polisin müdaxilə nəticəsindəı yaralandığı aydın olur.

İranlı ərəb fəalların sosial media şəbəkələrində paylaşdıqları məlumatlarda isə keçən həftə Kot Abdullah bölgəsində başlayan nümayişlərin Xuzistan əyalətinə yayıldığı və əyalətdə fövqəladə vəziyyət elan edildiyi və onlarla nümayişçinin həbsə alındığı bildirilir.

Qeyd edək ki, İran dövlət televiziyasında göstərilən “Qırmızı papaq” adlı uşaq proqramının 22 martda yayımlanan bölümündə ölkədəki xalqların etnik kimliyini göstərən bir xəritədə etnik ərəblərə yer verilməməsi ölkədəki ərəblər tərəfindən “şovinizm və ayrı-seçkilik” kimi qiymətləndirilib və buna reaksiya kəskin olub. Məsələ ilə bağlı “Səda və Sima”ya kəskin etraz edən Məşvərətçilər Məclisinin ərəb üzvü Höccətülislam Abbas Kəbi qurumun rəhbəri Əbdüləli Əli Əsgəriyə ölkədəki ərəblərdən üzr istəməsi üçün çağırış edib. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …