Baş səhifə / Dünya / Çinin kosmik stansiyası məhv oldu

Çinin kosmik stansiyası məhv oldu

0

Çin Xalq Respublikasına (ÇXR) “Xinhua” xəbər agentliyinin məlumatına əsasən, bu ölkəyə məxsus “Tiangong-1” (“Səma sarayı”) kosmik stansiyası aprelin 2-də gecə saat 03:15 radələrində atmosfer qatına girib və partlayıb. Çin Xalq Respublikasının Pilotlu Kosmos Mühəndisliyi Bürosunun məlumatlarına görə, yanaraq hissələrə ayrılan “Səma sarayı”nın qalıqlarının əksər hissəsi Sakit okeanın cənubuna düşüb.

Qeyd edək ki, mütəxəssislər stansiyanın qalıqlarının düşə biləcəyi yerlər arasında Türkiyə, İtaliya, İspaniya, Yaponiya, Koreya ərazisini də göstərirdi. Xoşbəxtlikdən qalıqlar heç bir yaşayış mənətəqəsinə düşməyib.

Qeyd edək ki, “Səma sarayı” Çinin “kosmik super güc”ə çevrilməsi üçün elmi bir layihə kimi nəzərdə tutulmuşdu. 2016-cı ildə Çin hökuməti Birləşmiş Millətlər Təşkilatına məlumat vermişdi ki, kosmik stansiya tam nəzarətdən çıxıb. Ancaq 10 metrlik uzunluğu və 8 ton ağırlığı olan “Səma sarayı”nın Yer kürəsini təhdid edəcək ölçüdə deyildi. 1979-cu ildə NASA-nın “Skylab” adlı kosmos gəmisi nəzarətsiz şəkildə atmosferə 80 ton ağırlığı olan hissəsi ilə daxil olub. Bəzi hissələr Avstraliyanın qərbinə düşsə də, hadisə nəticəsində nəinki hansısa tələfat, heç bir nəfər də yaralanmayıb. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …