Baş səhifə / Mədəniyyət / TÜRKSOY Makedoniyada konsert təşkil edib: Azərbaycan təmsilçiləri də iştirak edib

TÜRKSOY Makedoniyada konsert təşkil edib: Azərbaycan təmsilçiləri də iştirak edib

0

Makedoniyanın şimal-qərbindəki Qostivar şəhərində Novruz bayramı münasibətilə (qeyd edək ki, Balkan ölkələrində Bahar bayramı bizdəkindən bir qədər gec qeyd edilir) “Bütün mozaikası ilə Türk dünyası” konserti təşkil edilib.

Türkiyənin Skopyedəki səfirliyinin dəstəyi, Yunus Əmrə İnstitutu, Beynəlxalq Vizyon Universiteti və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə əməkdaşlığı ilə təşkil edilən konsertə Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu, TÜRKSOY-un baş katibi Düsen Kaseyinov, Türkiyənin Skopyedəki səfiri Tülin Ərkal Qara, Qostivar şəhər bələdiyyə sədri Arben Taravari, bəzi millət vəkilləri, ölkədəki Türk qurumlarının nümayəndələri və çox sayda digər qonaqlar iştirak edib.

TÜRKSOY-a üzv olan Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tatarıstan, Qaqauziya, Yakutiya və Sibirdən gələn sənətçilər mahnı ifaları və rəqsləri ilə qostivarlılara əsl bayram yaşadıblar.

TÜRKSOY-un sədri D.Kaseyinov qonaqların Novruz bayramını təbrik edərək, “Bu bayram yenidən oyanış, müqavimətin, birlik və həmrəyliyin qovuşduğu halıdır. Hər gününüz Novruz kimi işıqlı, Novruz kimi rəngli və bərəkətli olsun”,- deyib.

Türkiyə prezidentinin baş müşaviri Y. Topçu çıxışında bir çox türk və müsəlman ölkələrində müharibə və münaqişələrin olduğunu, rəsmi Ankaranın Türkiyənin təhlükəsizliyi üçün deyil, bütün regionun təhlükəsizliyi üçün PKK, PYD, YPG, İŞİD və FETÖ terror təşkilatları ilə mübarizə apardığını söyləyib: “Strateji dostlarımız, müttəfiqlərimiz bu qlobal terrora qarşı apardığımız mübarizədə “ay-ulduz”un yanında olsunlar”.

Türkiyənin Skopyedəki səfiri Ə.T.Qara isə baharın müjdəçisi olan Novruz bayramı münasibətilə təşkil edilən tədbirdə iştirakdan məmnun olduğunu bildirib. (Bizimyolinfo.com)

Bunu da oxu:

“Mənim həyatımda da sevgi olub, ancaq Məcnun kimi çöllərə düşmək olmayıb…”

“Səhnədə Leylim çox olsa da həyatımın Leylisi tək bir qadındır…” Düzünü desəm müsahibəyə giriş üçün …