Baş səhifə / Sağlamlıq / Orqanizmin 8 təhlükəli xəbərdarlığı: Bu əlamətlər sizdə varsa… (Fotolar)

Orqanizmin 8 təhlükəli xəbərdarlığı: Bu əlamətlər sizdə varsa… (Fotolar)

4

İnsan orqanizmi mükəmməl təşkil olunub. O özünü qoruma funksiyasını bizdən asılı olmadan yerinə yetirir. Bir çox hallarda isə müəyyən əlamətlərlə kömək lazım olması barədə siqnal göndərir. Bizimyolinfo.com orqanzimdə baş verən müəyyən prosedurların hansı çatışmazlıqlar nəticəsində baş verməsinə dair materialı diqqətinizə çatdırır.

Saçların tökülməsi

Saçların tökülməsi əsasən orqanizmdə B7 vitaminin (biotin) çatışmalığı ilə əlaqədar olur. Çiy yumurtadan istifadə edənərdə bu hal çox nəzərə çarpır. Çiy yumurtanın ağının tərkibindəki avidin maddəsi orqanizmin biotini mənimsəməsinə mane olur.

Nə etmək olar? B7 vitaminini artırmaq üçün rasionunuza badam, soya, göyərti, kartof, banan kimi  qida məhsulları əlavə edin.

Ayaqların tez-tez qıcolması 

Tez -tez baş verən qıcolmalar orqanizmdə kalsium, maqnezium və kalium çatışmazlığından xəbər verir.Əgər idmanla müntəzəm məşğul olursunuzsa, bu hallar daha da arta bilər. Çünki orqanizm tər vasitəsilə bu mineralları daha çox itirir.

Nə etmək olar? Rasionunuza qoz, fındıq, göyərti, balqabaq, banan və alma kimi ərzaqları daxil edin.

Üzün səpməsi

Səbəb- B7 (biotin) çatışmazlığıdır. İnsan orqanizmində hər zaman piyəridən vitaminlərin (A, E,K, D) ehtiyatı olur, lakin B qrupu vitaminlər tükəndiyi üçün onları zənginləşdirmək vacibdir.

Nə etmək olar? Apteklərdə satılan biotinlə zəngin qida əlavələrindən başqa, bol-bol göbələk, kartof, pendir, rəngli kələm, bişmiş yumurta və ispanaq yeyin.

Əl və ayaqların keyiməsi

Səbəb – B6, B12,B9 vitaminləri ilə zəngin qida məhsullarından az istifadə edirsiniz. Bu vitaminlər bütün bədəni oksigenlə təchiz edən, sağlam qan hüceyrələri istehsalçısı olan bloklara təsir edir.

Nə etmək olar? Rasionunuza dənli, paxlalı, sitrus, dəniz məhsulları, quş əti kimi  məhsulları tez- tez daxil edin.

Budlarda və əllərdə yaraya bənzər səpkilər

Bu növ səpkilər A, D vitaminlərinin , eləcə də yağ turşularının çatışmazlığı səbəbi ilə yaranır.

Nə etmək olar? Transyağlardan istifadəni azaltmaq lazımdır. Qidanızın tərkibində qızıl balıq və qoz çoxluq təşkil etməlidir. A vitamininin bol olduğu göyərti, rəngli tərəvəzlər (kök və qırmızı şirin bibər) yeməyi də unutmayın.

Dəriniz və göz ağında sarı rəngin çoxluğu

Bu da B12 vitamininin çatışmazlığından xəbər verir.

Nə etmək olar? Rasionunuza çoxlu vitamin mənbələri daxil edin. Mal, qoyun, toyuq əti, süd, qızıl balıq, qatıq kimi məhullara üstünlük verin.

Diş minasının zədələnməsi

D vitamini çatışmazlığı ilə əlaqəlidir. D vitamini azlıq təşkil edən insanların əksəriyyəti parodontoz xəstəliyindən əziyyət çəkir.

Nə etmək olar? Kalsium, fosfor və D vitamini ilə zəngin qidalara üstünlük verin. Süd məhsulları, qara düyü, iriyarpaqlı göyərtilər, paxlalı bitkilər, yağlı balıq, sitrus meyvələri və üzümü bol-bol istifadə edin.

Dodaq kənarlarında çatlamalar

Dodaq künclərinin çatlaması orqanizmdə B3, B2, B12 vitaminlərinin, başqa sözlə, dəmir və sink çatışmazlığından xəbər verir.

Nə etmək olar? Quş, balıq əti, yumurta, qoz, paxlalı bitkiləri yeməyə üstünlük verin. Bu məhsulları tərəvəzlərlə birlikdə istifadə etsəniz, bu, orqanizmin infeksiya ilə mübarizəsini, qidaların tərkibindəki dəmiri mənimsəməsini gücləndirir.

Sadaladığımız əlamətlər avitaminozla əlaqədar olduğu kimi digər səbəblərlə də baş verə bilər. Məsələn, səpkilər allergiyadan, əl və ayaqların keyiməsi onurğanın boyun hissəsindəki problemlərdən xəbər verə bilər. Buna görə də həkimlə mütləq məsləhətləşin.

İlhamə RƏSULOVA

Bunu da oxu:

Smartfona aludəçilyin ən böyük fəsadları

San-Fransisko Universitetinin alimləri müəyyən ediblər ki, hər il daha artan yeni elektron texnologiyalardan asılılıq, bağlılıq …