Baş səhifə / Texnologiya / Mobil cihazınıza müdaxilənin qarşısını almaq üçün faydalı kodlar

Mobil cihazınıza müdaxilənin qarşısını almaq üçün faydalı kodlar

3

Telefonunuzun izlənib izlənilməməsi sualı sizi düşündürürsə bu narahatçılığınıza bir neçə qısa kodu yığmaqla son qoya bilərsiniz. Bizimyolinfo.com təqdim etdiyi maraqlı məlumata əsasən, şəxsi məlumatlarınızın təhlükəsizliyinin qorunması barədə informasiya əldə edə bilərsiniz.

*#21#

Bu kodun köməyi ilə çağrı və mesajlarınızın başqa bir nömrəyə yönləndirilməsi (pereadresasiyası) barədə məlumat  əldə edəcəksiniz. Adətən qısqanc cütlüklər, uşaqlarına nəzarət etmək istəyən valideynlər bu funksiyadan istifadə edirlər. Telefonunuzu zəng etmək üçün kiməsə vermisinizsə, bundan cinayətkar məqsədlərlə istifadə edilə bilər. Adətən pensiyaçılar tez- tez qurbana çevrilirlər.

*#62#

Bu kod vasitəsi ilə sizə gələn zənglərin hansı nömrəyə ötürülməsindən xəbər tuta bilərsiniz.

002#

Bu universal kod telefonunuzda mövcud olan bütün yönləndirmələri söndürəcək.

*#06#

Bu kod vasitəsi ilə siz öz IMEI (mobil qurğunun beynəlxalq identifikasiyası) kodunu öyrənə bilərsiniz. Bu kod vasitəsi ilə  itmiş telefonunuzu tapa bilərsiniz. Belə ki, əgər oğurlanmış telefona hətta başqa bir SİM nömrə taxılsa belə, cihaz işə salındığı anda onun yeri barədə məlumat əldə etmək mümkün olur. IMEİ kodunu bildiyiniz bütün telefonların xarakteristikası, modeli, oğurluq olub-olmaması, təmiri barədə məlumat əldə etmək olar.

Ceyms Bond kodları

İnsanın yerləşdiyi yeri, hətta onu kiminsə izləyib-izləmədiyini öyrənməyə imkan yaradan xüsusi kodlar var. Bunun üçün sizə statistikanı göstərən “netmonitor” proqram təminatı lazımdır.

iPhone  telefonlarda  * 3001 # 12345 # *

Android telefonlarda : * # * # 4636 # * # * VƏ YA * # * # 197328640 # * # * kodlarını yığmalısınız.

I addım.”UMTS hücrə mühiti” bölümünə, daha sonra UMTS RR bölümünə daxil olun və hücrədəki identifikatorun  altındakı bütün nömrələri qeyd edin. Bu nömrələr yaxınlıqda yerləşəm baza stansiyalarıdır. Telefonunuz səssiz rejimdə ən yaxşı siqnal verən stansiyaya qoşulacaq.

II addım. Ana menyuya qayıdın və MM informasiya, daha sonra PLMN xidmətinə daxil olub LAC (lokal şəbəkə) kodu altındakı rəqəmləri yazın.

III addım. Bu iki nömrənin və adi veb saytın köməyi ilə (soldan dördüncü işarə) telefonunuzun qoşulduğu baza stansiyasında yeri müəyyən edə bilərsiniz.

Mobil baza stansiyası dedikdə kiçik antennası olan yük maşınları, avtobuslar nəzərdə tutulur. Əgər yaxınlıqda belə avtomobil görürsünüzsə, kiminsə cəsusluqla məşğul olmasından şübhələnməyə dəyər.

Antivirus əlavələrindən istifadə edin

Əgər Android əməliyyat sistemi ilə işləyən cihazdan istifadə edirsinizsə, müntəzəm olaraq telefonunuzun viruslardan təmizlənməsi ilə məşğul olun.

PlaceRaider cihazı sıradan çıxara bilən ən təhlükəli Troyan viruslarındandır. Bu virus telefona düşən kimi ətraf mühitin şəkillərini çəkir, olduğunuz binaların 3D modelini çəkib ötürür, internetə istənilən qoşulmanızı qeydə alır və bütün informasiyanızı, parollarınızı sizdən xəbərsiz lazımi mənbəyə göndərir.

Məxfi xidmət orqanları izləməni necə aparır?

Demək olar ki, hazırda bütün dünyada məxfi xidmət orqanları mobil rabitə operatorları ilə əməkdaşlıq edirlər. Əgər məhkəmə araşdırmasının aparılmasına order varsa, onlar istənilən informasiyanı əldə edə bilərlər. Əsasən, son 3 aya dair informasiya təqdim olunur.

Əgər telefon izlənirsə, siz yəqn ki, bunu hiss etməyəcəksiniz. Telefonda bütün vacib söhbətlər edilmədiyinə görə, adətən, məxfi xidmət orqanları “böcəklərdən” istifadə edirlər. Radiodalğa cihazları binada belə qurğuları aşkarlaya bilir.

Təhlükəsizliyinizi necə qoruya bilərsiniz?

Hələ ki, Telegram, Chare, Wickr və ya Signal kimi etibarlı əlavələrdən istifadə edin.

Şəxsi informasiyanızın ciddi qorunmasına nəzarət edin.

Bir neçə müdafiə mexanizmi quraşdırın, naməlum proqramları telefonunuza yükləməyin. Pulsuz şübhəli linkləri anında qəbul edib qoşulmayın. Yalnız öz operatorunuzun təqdim etdiyi izləmə xidmətlərindən öz razılığınız əsasında istifadə edə bilərsiniz. Müxtəlif şübhəli saytların başqalarının harada olmasını izləməyə imkan verən təklif paketləri cinayətkar məqsədlərlə yaradılır. Unutmayın!

İlhamə RƏSULOVA

Bunu da oxu:

Dünya “ölümsüz diktator”un əlinə keçəcək – İlon Mask xəbərdarlıq edir

İnsanların xilasolma şansı yalnız 10 faizdir Son dövrlərdə müasir texnologiya aləmində ən çox adı hallanan …