Baş səhifə / Dünya / Ölmüş polkovniki bölə bilmirlər: Türkiyə, Rusiya və Polşa arasında diplomatik böhran (Foto)

Ölmüş polkovniki bölə bilmirlər: Türkiyə, Rusiya və Polşa arasında diplomatik böhran (Foto)

1

100 illik tabut Türkiyə, Rusiya və Polşa arasında diplomatik böhrana səbəb olub

Türkiyənini Ərdahan vilayətində tikinti sahəsində aparılan qazıntıda forması əynində tabutda dəfn edilmiş əslən Polşadan olan rus polkovniki Karl Karloviç Rjepetskinin nəşi Türkiyə, Rusiya və Polşa arasında diplomatik böhrana gətirib çıxarıb.

Türkiyənin mədəniyyət və turizm naziri Numan Qurtulmuş parlamentdəki xüsusi görüş zamanı bir ildir ki, Qars muzeyində mühafizə altında saxalanan K.Rjepetskinin 100 illik nəşinin taleyi ilə bağlı maraqlı fikirlər səsləndirib. Polyak olduğu üçün Polşa tərəfi ölmüş polkovnikin nəşinin özlərinə verilməsini istədiyini ifadə edən N. Qurtulmuş “Rusiya da deyir ki, o vaxt “Polşa” adlı dövlət yox idi, o bizim vətəndaşımızdır. Ərdahanda xristian qəbiristanlığında dəfn olunmasını da istəmirlər”,– deyə bildirib.

Türkiyənin bu məsələ ilə bağlı rəsmi mövqeyi isə belədir: “Adam polyak olub, Polşada da ailəsi var. Polkovnik K.Rjepetskinin Polşaya qaytarılması daha məqsədəuyğundur. Bu, ölkələr arasında yeni bir diplomatik problem çıxmadan məsələni həll etməyə çalışırıq”.

Bir tabutun içində, üzərində forması, bədəninin əksər hissəsi pozulmamış halda olan cəsədin əvvəl rus generalı Vasili Qeymana aid olduğu iddiası irəli sürülüb. Ancaq araşdırmalar nəticəsində nəşin I Dünya müharibəsi zamanı Rusiyanın işğalı əsnasında bölgəyə gələn polkovnik K.Rjepetskiyə məxsus olması sübut edilib.

Xatırladaq ki, Rusiya mənbələrinə görə, K.Rjepetski əslən Polşadan olan bir ailənin uşağıdır, Estoniyanın paytaxtı Tallin şəhərində anadan olub. K.Rjepetskinin ailəsi Ukraynanın qərb hissəsində yerləşən Volınski bölgəsindəndir. Varşava Piyada Hərbi məktəbində təhsil alıb. Onun həyat yoldaşı və iki qızının onun ölümündən sonra Tiflisdə, Qrodnoda və Moskvada yaşadığı da irəli sürülüb. K.Rjepetski ölüm sənədində beyninə qan sızması nəticəsində öldüyü bəlli olub.

Bunu da oxu:

9 uşaq atası sonsuz olduğunu öyrəndi və həyatı alt-üst oldu

Şimali Afrikanın müsəlman ölkəsi Mərakeşin yerli mətbuatının gündəmini anadangəlmə sonsuz olan, lakin indiyə qədər 9 …