Baş səhifə / Texnologiya / “Toyota” şirkəti yeni “Camry”-nin qiymətini açıqladı (Fotolar)

“Toyota” şirkəti yeni “Camry”-nin qiymətini açıqladı (Fotolar)

20

Bizimyolinfo.com xəbər verir ki, Yaponiyanın “Toyota” avtomobil istehsalçısı populyar “Camry” biznes-sedanının yeni nəslinin komplektasiyası və qiyməti barədə açıqlama verib.

Rusiya bazarı üçün nəzərdə tutulan açıqlamada bildirilir ki, yeni “Camry” 3 mühərrik variantında bazara çıxarılacaq.

  • 2 litrlik, 4 silindrli, 150 at gücündə mühərrik, 6 pilləli avtomat ötürmələr qutusu
  • 2,5 litrlik, 4 silindrli, 181 at gücündə mühərrik, 6 pilləli avtomat ötürmələr qutusu
  • 3,5 litrlik, 6 silindrli, 249 at gücündə mühərrik, 8 pilləli avtomat ötürmələr qutusu

Ən mükəmməl komplektasiya 3-cü variantda olacaq: Dəri salon, oturacaqların elektron idarə olunması, güzgülərin elektron idarə olunması və isidilməsi, işıq sensoru, 3 zonalı klimat kontrol, oturacaqların isidilməsi, ön və arxa park sensorları, kruiz-kontrol (avtopilot), start-stop düyməsi, 360 dərəcə görüntü kamerası və xeyli sayda başqa opsiyalar.

Komplektasiya dərəcəsindən asılı olaraq yeni “Camry”-nin qiyməti 24100 dollardan başlayacaq və ən mükəmməl (“full”) komplektasiyanın qiyməti 40300 dollar təşkil edəcək.

Bunu da oxu:

Dünya “ölümsüz diktator”un əlinə keçəcək – İlon Mask xəbərdarlıq edir

İnsanların xilasolma şansı yalnız 10 faizdir Son dövrlərdə müasir texnologiya aləmində ən çox adı hallanan …