Baş səhifə / Dünya / “Lenin kimi, Stalin də cəlladdır, onların əsas meydanda yatmaları cinayət və biabırçılıqdır”

“Lenin kimi, Stalin də cəlladdır, onların əsas meydanda yatmaları cinayət və biabırçılıqdır”

3

“Akvarium” musiqi qrupunun lideri Boris Qrebenşikov SSRİ-nin sabiq liderləri İosif Stalin və Vladimir Leninin qalıqlarının Qızıl meydanda saxlanmasını cinayət və biabırçılıq adlandırıb. Sənətçi “TASS” informasiya agentliyinə aprelin 2-də verdiyi müsahibəsində hər iki sovet liderini cəllad hesab etdiyini bildirib.

“Akvarium” musiqi qrupunun lideri Boris Qrebenşikov

“Lenin kimi, Stalin də cəlladdır. Onların ölkənin əsas meydanında yatmaları cinayət və biabırçılıqdır” – deyən musiqiçi fəal Qrebenşikov Rusiyada Stalinin populyarlıq səbəbləri ilə əlaqədar suala cavab olaraq isə bunları bildirib: “Onlar gələcəkdə güllələnəcək və repressiyaya uğrayacaq adamların mənzillərini ələ keçirmək üçün indi birini xortladır, ikincisini yenidən reabilitasiya etmək üçün çalışırlar”.

Rusiyada Stalinin populyarlığı barədə suala 2017-ci ilin oktyabrında “Maşina vremeni” musiqi qrupunun lideri Andrey Makareviç daha kəskin cavab vermişdi. O, SSRİ liderini Adolf Hitlerlə müqayisə etmişdi. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …