Baş səhifə / Dünya / “Cümhuriyyət”in sabiq baş redaktoru “İnterpol”a verildi

“Cümhuriyyət”in sabiq baş redaktoru “İnterpol”a verildi

6

Can Dündar “qırmızı bülleten”lə axtarılır

“MİT tırları” istintaq işində adı hallanan və məhkəmə qərarı ilə 5 il 10 ay həbs cəzasına məhkum olunan “Cümhuriyyət” qəzetinin sabiq baş redaktoru Can Dündar haqqında Türkiyə Respublikasının müraciəti əsasında “İnterpol” “qırmızı bülleten”lə axtarış qərarı çıxarıb.

Xatırladaq ki, 29 may 2015-ci il tarixində Türkiyə kəşfiyyatınna məxsus maşınların dayandırılması haqqında məlumatları qəzetdə verən “Cümhuriyyət” qəzetinin sabiq baş redaktoru Can Dündar 5 il 10 ay, Ankara təmsilçisi Ərdəm Gül 5 il həbs cəzasına məhkum edilmişdi. Lakin C. Dündar haqqında verilən cəzanın 15 ildən 20 ilə qədər həbs cəzası ilə əvəz edilməsi üçün Türkiyə Ali Məhkəməsi yerli məhkəmənin qərarını ləğv edərək C.Dündarın yenidən mühakimə olunması barədə hökm çıxarıb.

Bununla yanaşı, İstanbul 14-cü Ağır Ceza Məhkəməsi C.Dündarın ölkə xaricində olması və onunla bağlı istintaq işinə məhkəmədə baxılmasının nəticəsiz qalmamasını təmin etmək məqsədi ilə qiyabi olaraq həbsinə qərar vermiş və onun Belçikadan qaytarılması üçün Ədliyyə Nazirliyinə müraciət göndərmişdi.

Məhkəmənin ilk iclası 7 may 2018-ci il tarixinə təyin edilib.

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …