Baş səhifə / Dünya / İrəvanda baş vermiş partlayışın maraqlı məqamları: 3 rus, 5 fars… (Fotolar)

İrəvanda baş vermiş partlayışın maraqlı məqamları: 3 rus, 5 fars… (Fotolar)

3

Aprelin 2-də İrəvanda baş verən partlayış bu şəhərdə vəziyyətlə bağlı bəzi maraqlı məqamları ortaya çıxarıb.

Məsələ, birincisi, ermənilərin paytaxtına gələn qonaqların, daha doğrusu, turist kimi gələrək valyuta xərcləyənlərin, əsasən, hansı qonşu ölkə vətəndaşları olması faktı bir daha sübuta yetirilib. İkincisi, Rusiya və İrana iqtisadi embarqo tətbiq edən ABŞ və Qərbin ən böyük brendlərindən hesab edilən “Burger King” restoranını boykot eməyin əvəzinə Rusiya və İran vətəndaşları ora gedib pul xərcləyirlər. Üçüncüsü, bu rusları başa düşdük, bizim din qardaşlarımız pivə içliən “Buger King”də nə axtarır?

Xatırladaq ki, İrəvandakı “Burger King” restoranında baş verən partlayışda yaralanan 9 nəfərdən üçü Rusiyanın, digərləri İran vətəndaşı və yerli sakinlərdən ibarət olub. Yaralananların arasında ən ciddi xəsarət alan 8 yaşındakı bir qız olub. Həkimlərin sözlərinə görə, qurbanların həyatı təhlükə altında deyil, uşağın üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Hadisənin səbəbi bir gün əvvəl restoranda pivə süzülməsi üçün quraşdırılmış qaz balonunun partlaması olub. Xilasedicilərin sözlərinə görə, “Burger King” restoranında 20 kiloqramlıq qaz balonu mətbəxdə partlayıb.
Qeyd edək ki, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin qəsdən törədilmə xarakterini istisna edirlər. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …