Baş səhifə / Dünya / “Bu il böyük müharibəyə başlayacağıq” – İsrailin Baş qərargah rəisi
İsrailin Baş qərargah rəisi Qadi Eyzenkot

“Bu il böyük müharibəyə başlayacağıq” – İsrailin Baş qərargah rəisi

5

Martın 30-dan başlayan etiraz aksiyalarından sonra Qəzza zolağında fələstinlilərlə İsrail əsgərləri arasında baş verən toqquşmalar regionda vəziyyəti daha da gərginləşdirib.

İsrailin Baş qərargah rəisi Qadi Eyzenkotun son bəyanatı isə Yaxın Şərqdə bu yazın daha hərarətli keçəcəyindən xəbər verir. Belə ki, Q.Eyzenkot 2018-ci ildə Livan “Hizbullah”ı ilə böyük müharibə başlayacağını və bu müharibəyə şəxsən özünün rəhbərlik edəcəyini bildirib.

İsrailin “Al Masdar” xəbər saytına bu barədə danışan İsrailin Baş qərargah rəisi Qadi Eyzenkot deyib: “2018-ci ildə Livan “Hizbullah”ı ilə böyük müharibə başlayacaq. Bu müharibə son üç ildəki münaqişələrdən çox fərqli olacaq. Ehtimalı çöx böyük olan bu müharibəyə şəxsən özüm rəbərlik edəcəm”.

Qadı onu da bildirib ki, əgər İsrail-“Hizbullah” müharibəsi başlayacaqsa, bu heç də əvvəlki döyüşlərə bənzəməyəcək və “Hizbullah”a xidmət edən hər kəs yerlə-yeksan ediləcək: “Minlərlə “Hizbullah” hədəfləri müəyyən edilib. Beyrutdan cənubdakı son nöqtəyə qədər “Hizbullah”ın bütün hədəfləri yerlə-yeksan ediləcək. Müharibənin dağıntısını heç kim unutmayacaq”.

İsrail üçün təhlükənin şimal cəbhəsində İran, Suriya və Livanın təşkil etdiyini ifadə edən E. Qadi Suriyadakı hərbi əməliyyatların hələ də davam etdiyini və dayanmasının mümkün olmadığını söyləyib.

Xatırladaq ki, son toqquşmalarda İsrail qoşunları tərəfindən ən azı 18 fələstinlinin öldürüldüyü bildirilir. Fələstində matəm elan edilib, Türkiyənin prezidenti isə İsrail rəhbərliyini qarşı sərt bəyanatlar verib.

İsrailin rəsmi nümayəndələri əsgərlərin qanunsuz hərəkət etdiyini inkar edib. İsrail ordusunun nümayəndəsinin sözlərinə görə, İsrailin dövlət sərhədini pozmağa cəhdin qarşısı alınarkən güc tətbiq olunub. BMT baş katibi kimi Antonio Quterreş Qəzzədə baş verənlərin müstəqil və şəffaf araşdırılması üçün çağırış edib. O, İsraillə sərhəddə vəziyyətin daha da pisləşməsi mümkünlüyü barədə narahatlıq ifadə edərək münaqişənin bütün tərəflərini vəziyyəti kəskinləşdirə biləcək hər hansı bir hərəkətdən çəkinməyə çağırıb. Əvvəlcə İsrail müdafiə naziri müstəqil araşdırma üçün beynəlxalq çağırışları rədd etsə də, sonradan bəzi səhvlərin olduğu etiraf edilib. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …