Baş səhifə / Siyasət / İranla anlaşmaların sirri

İranla anlaşmaların sirri

0

Qonşu ölkə ilə imzalanan sazişlər Azərbaycan və bölgə üçün nə deməkdir?

Nəzakət Məmmədova, politoloq

İranla Azərbaycan arasında son dövrlər əməkdaşlıq genişlənməkdədir. Azərbaycan daima İrana dost, qonşu ölkə kimi yanaşıb və konstruktiv əməkdaşlıq yolu tutub. İran isə son dövrlər Azərbaycanın bu mövqeyinə adekvat xarici siyasət yürütmək istiqamətində müəyyən addımlar atıb. Bunun bir sıra mühüm səbəbləri var: Uzun illərdən sonra çətinliklə də olsa, sanksiya rejimindən qurtulan İran yenidən bu təhdidlə üzləşib və mümkün qədər təhlükəni özündən uzaqlaşdırmağa çalışır. Bunun üçün əsas şərtlərdən biri qonşu ölkələrlə münasibətlərin yaxşılaşdırılmasıdır.

İranın Ermənistanla münasibətləri onsuz da yüksək səviyyədə idi, Rusiya ilə münasibətlər də qaydasında davam edir. Azərbaycan və Gürcüstanla münasibətlərdə müəyyən fikir ayrılıqları var idi ki, son zamanlar İran bunun aradan qaldırılması ilə ciddi şəkildə məşğul olur. İran İngiltərə və Çin kimi nəhəng ölkələrlə yaxınlaşma xətti yürüdərək ABŞ-ın təzyiqlərindən qurtarmaq istəyir. Çindən İngiltərəyədək uzanan Bakı-Qars layihəsində iştiraka can atmaq buna misal ola bilər. Eyni zamanda, Azərbaycan, Rusiya və İran prezidentlərinin ötən ilin payızında Tehranda keçirilən görüşündə Şimal-Cənub layihəsinə dair bir sıra mühüm razılaşmaların əldə olunduğu məlumdur. Sankt-Peterburqdan Hindistanın Mumbayi limanına qədər uzanacaq bu nəhəng kommunikasiya xətti Rusiya, Azərbaycan və İrana İsti dənizlərə çıxmaq kimi geosiyasi üstünlüklər qazandıracaqdır. Azərbaycanın İranla yaxınlaşmasının ölkəmiz üçün geosiyasi əhəmiyyəti ilk olaraq ona görə böyükdür ki, İran Ermənistanla sərhəddə ticarət əlaqələrini daha da genişləndirmək istəyir. Belə ki, əvvəllər İran Ermənistandan əsasən elektrik enerjisi idxal edirdi. Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olmasından və Avropa Birliyi ilə Tərəfdaşlıq sazişi imzalamasından sonra isə Ermənistan-İran sərhəddində azad ticarət zonası yaradılmağa başlandı və bu, onlar arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə səbəb ola bilər. Eyni zamanda, Ermənistan Gürcüstana da bu azad ticarət zonasının istifadə etməklə öz mallarını İrana ixrac etməyi təklif edib. Belə bir şəraitdə başqa iki Qafqaz ölkəsinin cənub istiqamətində təşəbbüsü ələ almasının qarşısını almağın ən yaxşı yollarından biri Astara-Astara-Rəşt dəmiryolu xəttinin çəkilməsidir. Bu, həm Azərbaycanla İran arasında kommunikasiyaların genişlənməsinə, eyni zamanda ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etməsinə səbəb olacaqdır.

Beləliklə, Azərbaycan Bakı-Qars, Astara-Rəşt dəmiryol xəttləri ilə öz iqtisadi-ticarət imkanlarını artırmaq, nəqliyyat-kommunikasiya vasitələrini genişləndirmək fürsəti əldə edəcəkdir. Üstəlik Rusiyanın bu layihədə iştirakı birbaşa Ermənistan və İran kimi müttəfiqlər vasitəsilə Ermənistanın Azərbaycan tərəfindən təcrid olunmasının daha bir göstəricisidir. Rusiyadan gələn qatarların Astara-Qəzvin-Rəşt istiqamətində hərəkəti Azərbaycanı Şimal-Cənub Beynəlxalq Nəqliyyat layihəsinin mühüm tərkib hissəsinə çevirib. Geopolitikada dənizələrə çıxışı olmayan ölkələrin beynəlxalq aləmə çıxışının əsas şərti nəqliyyat-kommunikasiya vasitələri vasitəsilə bunu etməsidir. Azərbaycan bunu edir və bu, dövlətin inkişafını şərtləndirən ən mühüm amillərdən biridir. Bundan başqa, Bakı-Tbilisi-Qars dəmiryol xətti həm Gürcüstanda, həm də Türkiyədə yaşayan soydaşlarımızla, Borçalı və Qarsda yaşayan azərbaycanlılarla əlaqələrimizi yaxşılaşdırdığı kimi, Astara-Qəzvin-Rəşt dəmiryolu xətti də Güneydə yaşayan azərbaycanlılarla əlaqələrimizi yaxşılaşdırmağa kömək edən bir layihədir. Bununla Azərbaycan dövləti həm də sərhədlərimizdən kənarda yaşayan azərbaycanlıların ölkəmizə gediş-gəlişini rahatlaşdırmış olur. Bu layihələrin elə ən böyük xidmətləri də budur.

Bunu da oxu:

Türkiyə növbədənkənar prezident seçkisinə gedir – Parlamentdə qərar verdi

Türkiyənin Millətçi Hərəkat Partiyasını sədri Dövlət Baxçalının gündəmə gətirdiyi və Ərdoğan-Baxçalı görüşündən sonra Prezident R.T. …