Baş səhifə / Dünya / Qoyun-quzu otararkən kitab oxuyan uşaq kameraya yaxalandı və mükafatlandırıldı (Video)

Qoyun-quzu otararkən kitab oxuyan uşaq kameraya yaxalandı və mükafatlandırıldı (Video)

6

Sovet dövründə yaşayan yaxşı oxuyan kənd uşaqlarının bəlkə də hamısı qoyun-quzu otarmağa gedəndə yanına kitablarını da alırdı. Onların oxumağa həddindən artıq həvəs göstərmələrinin mükafatı gələcəkdə hansısa ali məktəbə qəbul edilmələri olurdu.

Türkiyənin Siirt vilayətində tamam əksi bir hadisə baş verib. Belə bir hadisə sensasiya kimi qəbul edilib, ardınca da vilayətin polis rəisi tərəfindən mükafatlandırılıb. Belə ki, 11 uşaqlı aillədə böyüyən və daun sindromu xəstəliyindən əziyyət çəkən “14 Sentyabr” Anadolu liseyinin şagirdi Kadər Özərin Afətevləri məhəlləsinədki boş ərazidə qoyun otardığı zaman kitab oxuması Siirt vilayətinin Polis İdarəsinin şəhər təhlükəsizliyə nəzarət sistemi kameralarına tuş gəlib.

Hadisədən xəbərdar olan Siirt Polis İdarəsinin rəis əvəzi Saruxan Qızılay qoyun otardığı zaman kitab oxuyan Kadər Özəri Daxili İşlər Nazirliyinin həyata keçirdiyi “Biz Anadoluyuz layihəsi” çərçivəsində İstanbul və Çanaqqala şəhərlərinə səyahətə getməli olan şagird qrupuna daxil edib.

Anadolu Agentliyinin məlumatına görə, qoyunları otaranda kameralara yaxalanan K.Özərin özünün bundan xəbəri olmayıb: “Mənim orada kamera olduğundan belə xəbərim olmayıb. Kitab oxuyarkən bir polis yanıma gəldi, daha sonra ailəmlə əlaqə yaratdılar. İstanbul və Çanaqqalaya səyahətə aparmaq istədiklərini söylədilər. Kitab oxumağın xeyrini burada gördüm. İstanbul və Çanaqqalanı daha əvvəl heç görməmişəm, buna görə də çox sevinirəm… Təkcə qoyun otararkən deyil, boş zamanlarımda həmişə kitab oxuyuram. Həkim olmaq istəyirəm…”. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …