Baş səhifə / Dünya / Öpüşmə səhnəsinə görə cərimə olunan türk serialında daha bir maraqlı olay (Videolar)

Öpüşmə səhnəsinə görə cərimə olunan türk serialında daha bir maraqlı olay (Videolar)

9

Türkiyənin özəl kanallarından birində yayımlanan populyar “Çuxur” serialı bu dəfə də Türkiyə Radio-Televiziya Ali Şurasının (TRTAŞ) hədəfinə tuş gəlib. Belə ki, Məhmət Güreli tərəfindən Ömər Xəyyamın sözlərinə bəstələnmiş son dövrün populyar mahnılarından hesab olunan və bu serialda da ifa edilən “Kimsə bilməz” mahnısındakı “şərab” sözü senzuraya məruz qalıb.

“Çuxur”un 23-cü bölümündəki bir epizodda Ömər Xəyyamın rübaisinə bəstələnən mahnıdakı “Bulud keçdi, göz yaşları qaldı çəməndə, Gül rəngli şərab, içilməzmi belə bir gündə” misralarındakı “şərab” sözü istifadə edilməyib. Bunun əvəzinə boşluq verilib.

Sosial şəbəkələrdə tamaşaçıların etirazına səbəb olan bu senzuranın serialın prodüserlərinin qərarı ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Yəni onlar cərimədən sığortalanmaq üçün belə bir addım ata bilərlər. Çünki əvvəllər serialın müəllifləri TRTAŞ tərəfindən öpüşmə səhnələrinə görə cərimə olunub.

Qeyd edək ki, həmin səhnəyə görə TRTAŞ tərəfindən cərimələnən “Çuxur” serialının son bölümündə inzibati cəzaya etiraz əlaməti olaraq belə bir epizod verilib: serialın qadın baş qəhrəmanı olan Səna həyat yoldaşı Yamaca “səni öpmərəm, cərimə edərlər” deyib.

Video: “Çukur” serialı, öpüşmə səhnəsi

Video: “Çukur” serialı, ““Səni öpmərəm, cərimə edərlər””…

Bunu da oxu:

9 uşaq atası sonsuz olduğunu öyrəndi və həyatı alt-üst oldu

Şimali Afrikanın müsəlman ölkəsi Mərakeşin yerli mətbuatının gündəmini anadangəlmə sonsuz olan, lakin indiyə qədər 9 …