Baş səhifə / Dünya / Qırğızıstanda toyda 220 nəfər zəhərlənib

Qırğızıstanda toyda 220 nəfər zəhərlənib

1

Xəstəxanaya düşənlərin sayının artmasına səbəb masalardan evə yemək aparılması olub

Qırğızıstanın paytaxtı Bişkekdəki məşhur restoranların birində kütləvi zəhərlənmə baş verib. Qırğızıstan Respublikasının Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, zəhərlənənlərin ilk qrupu aprelin 1-də xəstəxanaya müraciət edib və artıq 220 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan əksəriyyətinin vəziyyəti qənaətbəxş olsa da, bir qadın reanimasiyadadır. Zəhərlənərək xəstəxanaya yerləşdirilənlər arasında 25 uşaq da var.

Xəbərdə o da vurğulanır ki, zəhərlənənlərin sayının artmasının əsas səbəbi toya gələnlərin ənənəvi olaraq masalarda qalan yeməklərdən evlərinə aparması, yaxınlarına da təklif etməsi olub. Qeyd edək ki, zəhələnməyə hansı qidanın səbəb olması isə hələ də dəqiqləşdirilməyib. Cinayət işi açılıb, istintaq tədbirləri aparılır.

Onu da xatırladaq ki, bundan bir neçə gün əvvəl, 31 mart tarixində Özbəkistanın Bekabad şəhərində (Daşkənd vilayəti) yerləşən restoranlardan birində də analoji hadisə baş vermişdi. Belə ki, 55 nəfər toy mərasimində süfrəyə verilən yeməklərdən zəhərlənmişdi. Bütün xəstələr “qida zəhərlənməsi, kəskin qastroenterit” diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, hamısında qarın və baş ağrıları, qusma əlamətləri qeydə alınmışdı. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …