Baş səhifə / Hadisə / Azərbaycanda keçmiş məmur həbsxanada öldü

Azərbaycanda keçmiş məmur həbsxanada öldü

0

Bakıda məhkum xəstəlikdən ölüb.

APA xəbər verir ki, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb.

Orada saxlanılan Rövşən Balaqardaş oğlu Hüseynov xəstəlikdən vəfat edib.

Qeyd edək ki, R. Hüseynov Kənd Təsərrüfatı Naziriliyi “Aqrolizinq” ASC-nin Salyan filialının rəhbəri işləyib. O, 2015-ci ilin mart ayında İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik keçirməkdə ittiham olunaraq saxlanılıb. R.Hüseynov həbs ediləndən sonra tutduğu vəzifədən azad olunub.

Bunu da oxu:

Qatil 23 dəfə atəş açıb: Türkiyə universitetində qətliamın təfərrüatları açıqlandı (Foto / Video)

Universitetin əməkdaşları hadisəyə görə rektoru günahlandırır Türkiyənin Əskişəhər vilayətində yerləşən Osmanqazi Universitetinin Təhsil fakültəsində qətliam …