Baş səhifə / Dünya / Amerika qəzetində maraqlı şəkil: Tramp Putinə arxadan təpik vurur… (Foto)

Amerika qəzetində maraqlı şəkil: Tramp Putinə arxadan təpik vurur… (Foto)

1

ABŞ və Rusiya arasında son diplomatik qalmaqallar artıq okeanın o tayında karikatura mövzusuna çevrilib. Belə ki, “Nyu-York Post” (“The New York Post”) qəzeti ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti V.Putini təpikləyən karikaturanı 1-ci səhifədə manşet kimi verib. Donald Tramp və Vladimir Putin arasında münasibətləri göstərmək cəhdi kimi qəbul edilən kollaj ABŞ-dan 60 rus diplomatının çıxarılmasına həsr edilib.

Rusiyada olduqca mənfi qarşılanan bu karikatura “Nyu-York Post” qəzetinin 27 mart 2018-ci il tarixli sayında verilib. ABŞ prezidenti Donald Trampın Kreml rəhbəri Vladimir Putinə atdığı təpik Rusiyadakı diplomatların ABŞ-dan çıxarılması və Sietl şəhərindəki Rusiya Federasiyasının Baş Konsulluğunun bağlanmasının əyani təsviri kimi qəbul edilir.

Qeid edək ki, martın 18-də V.Putinin prezident seçkilərində qalib gəlməsinə görə D.Tramp onu təbrik etmiş, növbəti görüş üçün ölkəsinə dəvət etmişdi. Lakin 26 martda D.Tramp sabiq rus kəşfiyyatçısı Sergey Skripalın zəhərlənməsi ilə əlaqədar Böyük britaniya hökumətinin başlatdığı kampaniyaya qoşularaq ölkədən 60 rus diplomatını qovmaq barədə qərar qəbul etdi. Buna cavab olaraq martın 29-da Rusiya tərəfi də 60 ABŞ diplomatının ölkədən çıxarılması və ABŞ-ın Sankt-Peterburqdakı Baş Konsulluğunun bağlanılması yönündə adekvat addım atdı.

Bunu da oxu:

9 uşaq atası sonsuz olduğunu öyrəndi və həyatı alt-üst oldu

Şimali Afrikanın müsəlman ölkəsi Mərakeşin yerli mətbuatının gündəmini anadangəlmə sonsuz olan, lakin indiyə qədər 9 …