Baş səhifə / Dünya / Estrada müğənniləri arasında dava düşdü: Türk müğənni erməniyə qalib gəldi
Candan Ərçətin

Estrada müğənniləri arasında dava düşdü: Türk müğənni erməniyə qalib gəldi

3

Bu günlərdə Türkiyənin Musiqi Əsəri Müəllifləri Assosiasiyasının (MSG) 10-cu Baş Assambleyası keçirilib. Yüzlərlə üzvün iştirakı ilə keçirilən budəfəki toplantıda MSG yeni sədrinin seçkiləri də keçirilib. Məhz bu səbəbdən vaxtaşırı gərginlik baş verib, müğənnilər bir-birinə girib. Türkiyə sstradasının ulduzları olan Hakan Pəkərdən Candan Ərçətinə, Fərhad Köçərdən Sezən Aksuya qədər bir çoxları tədbir boyunca səslərini yüksəltməli olublar.

Seçki keçirilməsi üçün Hakan Pəkər, Aykut Gülər və Yaşardan ibarət idarə heyətə seçilib. Hələ bu seçkidə başlayan qarşıdurmada Hakan Pəkər və Fərhad Köçər atışıblar. Bu söz duelinin qarşısını almaq üçün sədrliyə namizəd Candan Ərçətin müdaxilə etmək məcburiyyətində qalıb.

Seçki zamanı Candan Ərçətinin namizədliyini dəstəkləyən Sezən Aksu da qışqırmalı olub: “Bu seçki geridə qalmış üsullarla keçirilir, əlləri saymaq nədir? MSG-nin yığıncağının səviyyəsini kəndli məclisinə çevirmisiniz. Buna ad vermək mümkün deyil”. S.Aksuya reaksiya göstərən Mustafa Sandal ayağa qalxaraq “MSG haqqında kobud və haqsız danışırsınız”, – dedi.

Bütün gərginliklərə baxamayaraq, Assambleya Musiqi Əsəri Müəllifləri Assosiasiyasının yeni sədrini seçməyə müvəffəq olub. Sədr seçkisində namizdə erməni əsilli əvvəlki sədr Qaro Mafyan və məşhur estrada müğənnisi, bəstəkarı Candan Ərçətin namizəd olub. Seçkinin nəticəsinə görə, yeni namizəd C.Ərçətin 13 ildir MSG sədri olan Qaro Mafyana qalib gəlib. Belə ki, Candan Ərçətin 429 səs, erməni Qaro Mafyan isə 331 səs toplayıb. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …