Baş səhifə / Sağlamlıq / Diqqətli olun: Ölənə qədər idman və ya trenajor zallarının təhlükələri

Diqqətli olun: Ölənə qədər idman və ya trenajor zallarının təhlükələri

3

Nenci Veyndrax özünü heç vaxt atlet adlandırmayıb, o sadəcə boş vaxtlarında xizək sürmək, qolf oynamaq və yoqa ilə məşğul olmağı sevirdi. Eyni zamanda o yeni idman növündə özünü sınamağı xoşlayırdı.

Elə hər şey də bacısının olun velosiped trenajoruna dəvət edəndən sonra başladı. Məşqdə 30 yaşındakı qadın çox tez başa düşdü ki, orqanizmi bu idmana qarşı dözümsüzdür, tab gətirmir. Tətilə çıxdıqdan sonra ayağında zəiflik hiss etdi və üç gün sonra vəziyyəti daha da pisləşdi: çətinliklə gəzir və stula oturmaq üçün bütün gücünü sərf edirdi.

Nensi nəsə baş verdiyini dərk etdi və təcili yardıma müraciət etdi. Müayinədən sonra qadın rabdomioliz adlı təhlükəli xəctəlik diqnozu ilə xəstəxanaya yerləşdirilib. Laboratoriya analizlərinin nəticələri diaqnozu təsdiqlədi. “Ağrı o qədər çox olurdu ki, sonda ürək bulanmasına gətirib çıxarırdı. Dözülməz idi. Ömrümdə yaşadığım ən dəhşətli ağrı idi”, – deyə xəstə xatırlayır.

Rabdomioliz – nadir (100 mində 22 hal) müşahidə olunan, əzələ toxumasını zədələyən son dərəcə dağıdıcı və təhlükəli xəstəlikdir. Bu vəziyyətdə əzələlər qan dövranına öz tərkibindəki maddələri, məsələn, əzələ fermentini daxil edir. Bu ferment 40% hallarda böyrəklərə zərər verə, ifrazat funksiyasını poza və hətta böyrək çatışmazlığı yarada bilər. Nadir hallarda rabdomioliz ölümə də səbəb ola bilər.

Sindrom üç klassik simptomdan ibarətdir, lakin hamısı həmişə kompleks şəkildə müşahidə olunmur: əzələdə şiş; əzələ zəiflik; tünd sidik (əzələ piqmentinin sidiyi tündləşdirməsi zamanı) və ya diurezin azalması. Bədənin həddindən artıq yüklənməsinə əlavə olaraq, rabdomiolizin yaranmasına digər amillər də səbəb ola bilər: statin kimi müəyyən dərman preparatlarının istifadəsi; zədələnmələr və həddindən artıq temperatur. (Bizimyolinfo.com)

Bunu da oxu:

Smartfona aludəçilyin ən böyük fəsadları

San-Fransisko Universitetinin alimləri müəyyən ediblər ki, hər il daha artan yeni elektron texnologiyalardan asılılıq, bağlılıq …