Baş səhifə / Foto / “Oturmuşduq, gurultu səsi gəldi” – Sürüşmə evi ortadan böldü (Foto)

“Oturmuşduq, gurultu səsi gəldi” – Sürüşmə evi ortadan böldü (Foto)

Şamaxıda sürüşmə sahələrində aktivlik artıb.

ARB TV xəbər verir ki, xüsusən də şəhərin 48a məhəlləsində də təhlükəli vəziyyət davam edir.

Burada qeydə alınmış çatların ölçüləri artıb. Sakinlərin sözlərinə görə, yağan yağışlardan sonra ərazidəki sürüşmənin daha da aktivləşməsi nəticəsində evlərdə yenidən çatlar əmələ gəlib.

Torpaq kütləsi məhəllə daxili yollardan birinin dağılmasına səbəb olub. Sürüşmənin baş verdiyi ərazidən keçən su borusu da qırılaraq torpaq kütləsinin altında qalıb. İki ailəyə məxsus yaşayış evi ortadan çatlayaraq qəzalı vəziyyətə düşüb.

Qalib Feyzullayev – sakin: “Evdə oturmuşduq gurultu səsi gəldi. Gördüm ki, torpaq sürüşüb. Evin içi çat-çat olub. Torpaq gəlir evi qaldırır”.

Maarif Heydərov – sakin: “1-2 evi tən ortadan bölüb. 7-8 ailə evlərini tərk edib kirayədə qalır. Bizim evlərə də yaxınlaşır. Sürüşmə get-gedə aktivləşib” .

Həmçinin Bakı-Şamaxı avtomobil yolunun 106, 111-ci kilometrliyində sürüşmə sahəsinin bir neçə yerində uçqun prossesi aktivləşib.

Bunu da oxu:

“3-ü 1-də” kofesinin tərkibində kofe və süd tapılmadı

“3-ü 1-də” adı altında dünyanın hər yerində populyar olan kofenin tərkibində çox şey varmış, təkcə …