Baş səhifə / Ulduz falı / Günün ulduz falı: 04 aprel, 2018

Günün ulduz falı: 04 aprel, 2018

4

Bizimyolinfo.com 4 aprel, 2018-ci il tarixi üçün ulduz falını təqdim edir:

Qoç

Günün ilk yarısı peşəkarlıq baxımından uğurludur. Müvəffəqiyyət qazanmaq üçün rəqibləriniz arasında üstünlük qazanmaq məcburiyyətindəsiniz, ancaq güclü bir rəqiblə mübarizəyə qoşulmaq ehtimalı da sizi qorxutmur. Xoş xəbərlər, gözlənilməz iş təklifləri ala bilərsiniz. Günortadan sonra ailə məsələləri ilə məşğul olmaq məcburiyyətində qalacaqsınız: onlar sizdən daha çox diqqət tələb edirlər. Yaşlı qohumlarınız kömək istəyə bilər. Çətin, gərgin anlarda, yumor hissi köməyinizə gələcək. Yaranan problemlərə çox həssas yanaşmayın və ətrafınızdakı hər kəs onların öhdəsindən asanlıqla gələcəyinizi bilir.

Buğa

Gün çox gərgin keçəcək. Bu gün adi vəziyyətlərdən daha çox çətinlik olacaq, amma yolunuzda maneə yaransa, geri çəkilməməli və təslim olmamalısınız. Daha əvvəl əldə edilən təcrübə faydalı olacaq. Dəstəyə ehtiyacınız varsa, sizi yaxşı tanıyan insanlara müraciət etməlisiniz. Uğurlu sövdələşmələr gözlənilə bilər. Hətta ən çətin maliyyə məsələlərini belə həll etməyə qadirsiniz. Bu günün bir çox hadisələrinin əhəmiyyətli nəticələrə səbəb ola biləcəyini unutmayın. Axşam saatlarında baş verənləri düşünmək, təhlil etmək və nəticə çıxarmaq üçün vaxt ayırın.

Əkizlər

Ünsiyyət qurmaq və sizinlə həmfikir olan insanlar tapmaq üçün uğurlu bir gündür. Yalnız sırf işgüzar xarakter daşıyan münasibətlər formal olur. Onların romantik ruhda formalaşması mümkündür. Bir çox fərqli insana yaxınlaşmaq üçün yol tapa, onların istək və arzularını anlaya bilirsiniz. Maliyyə işlərini düzəltmək üçün fürsət yaranacaq. Bəzi Əkizlər yeni gəlir mənbəyi əldə edə biləcəklər. Məişət problemlərinin həllində bacarıqlısınız. Evinizi daha rahat və gözəgəlimli etmək üçün lazım olanları satın almaq üçün fürsət düşəcək.

Xərçəng

Günün başlanğıcı çox yaxşı olacaq. İşləri təxirə salmayın: səhər işə başlamaq daha münasibdir, bu zaman uğur əldə etmək üçün daha çox şansınız olacaq. Önəmli danışıqlar nahardan əvvəl də keçirilməlidir. Əgər onları gecikdirsəniz, onda daha sonra həmsöhbətinizi haqlı olduğunuza inandırmaq daha çətin olacaq. Vaxt keçdikcə, ətrafdakılar sizə daha çox irad bildirir və tənqidlərə sakitcə cavab vermək üçün çox səy göstərmək lazım gəlir. Yaxınlarınızla münasibətlər gərginləşə bilər. Sevdiyiniz adamla ümumi bir dil tapmaq asan olmayacaq. Qısqanclıq və əsassız şübhələrin etibarınızı pozmasına imkan verməyin.

Şir

Günün ilk yarısı üçün vacib işləri planlaşdırmayın: əlverişli dövr deyil. Başqa dövrlərdə tez öhdəsindən gəldiyiniz başlatdığınız işi başa çatdırmaq, problemləri həll etmək indi çətin ola bilər. Həmfikir olduğunuz insanlarla münasibətlər normal vaxtlarda olduğundan daha çətin olacaq. Ancaq vaxt keçdikcə anlaşılmazlıqlar aradan qalxacaq, ətrafdakılarla ümumi bir dil tapacaqsınız. Gələcək üçün ümumi planlar barədə razılığa gəlmək olar. Çaşqınlıq və anlaşılmazlıqlardan qaçmaq çətindir. Çox vaxt bir tapşırıqdan digərinə keçmək, eyni zamanda bir neçə məsələni həll etmək lazımdır. Yaxınlarınız gözlənilməz ideyalarla sizi təəccübləndirə bilər.

Qız

Ətradfdakından çox şey gözləməyin. Yalnız öz gücünüzə güvəndiyiniz halda müəyyən məqsədlərə nail olmaq daha asan olacaq. Günün əvvəlində baş verə biləcək xırda anlaşılmazlıqlara diqqət yetirməyə dəyməz. Yaranacaq iş problemləri ilk baxışdan göründüyü kimi ciddi deyil. Onların həllini tapa bilərsiniz. Maliyyə məsələləri ilə məşğul olduğunuz zaman daha diqqətli olmalısınız. İndi imkanlarınızı yüksək qiymətləndirirsiniz, mənasız yerə pul sərf edirsiniz. Sonradan bədxərcliyinizə görə peşman olacaqsınız.

Tərəzi

Sizi çox məhsuldar olmasa da, sakit və xoş əhval vəd edən bir gün gözləyir. Daha əvvəl başladığınız bəzi işlərin yerinə yetirilməsi üçün çox uyğundur. Onları sona çatdırmaq mümkün olacaq və nəticə gözləniləndən daha yaxşı ola bilər. Yeniliyə tez öyrəşirsiniz, tezliklə lazımlı məlumatlar əldə edəcəksiniz. Xırdalıqlara diqqət etmək, ətraflı məlumat əldə etmək qabiliyyəti çox faydalı olacaq. Xudmani ev qonaqlığı üçün əlverişli bir gündür. Siz yaxınlarınıza sürpriz etmək və onları sevindirmək üçün bir üsul tapa bilərsiniz.

Əqrəb

Xüsusilə günün əvvəlində çaşqınlıq və qeyri-müəyyənlik hökm sürən zaman sakit qalmaq asan olmayacaq. Daha əvvəl tərtib edilmiş plana riayət etmək çətindir. İmprovizə etməyə, yeni hallara uyğunlaşmağa və yolda qərarlar qəbul etməyə hazır olun. Ətrafdakılarla münasibətləri tənzimləmək həmişə asan deyil: bəzən əvvəllər sizi mükəmməl şəkildə anlayanlar tərəfindən səhv başa düşülə bilərsiniz. Sağlamlığınıza diqqət yetirmək lazımdır: bu gün halsızlıq mümkündür. Ən azı bir müddət pis vərdişlərdən azad olun və təmiz havada daha çox vaxt sərf etməyə çalışın.

Oxatan

Bu gün heç bir vacib hadisə və əhəmiyyətli dəyişikliklər gözləmək lazım deyil. Daha əvvəl başladığınız işləri tamamlamaq, son günlərdə sizi narahat edən bəzi məsələləri həll etmək üçün əlverişlidir. Yaradıcılığın və təxəyyülün tələb olunduğu çətinliklər ola bilər. Öz ideyalarınız kifayət qədər olmadıqda, ətrafınızdakılardan faydalana bilərsiniz, lakin bu ideya müəllifləri ilə yaxşı münasibətləri saxlamaq vacibdir. Yaxşı bir istirahət, şən mühitdə əylənəcli vaxt keçirmək üçün fürsət olacaq. Sevdiyiniz şəxs, yəqin ki, sizi sevindirəcək bir üsul tapacaq.

Oğlaq

Bu gün çox uğurlu olacaq. İşlərdə intuisiyaya güvənirsiniz: hətta ən çətin anlarda belə o sizi aldatmayacaq. Rəqiblərinizi “tərksilah” edə, onları qabaqlaya və peşəkar mövqelərinizi gücləndirə biləcəksiniz. Heç kim sizi aldada, etibarınızdan və ya xeyirxahlığınızdan istifadə edə bilməyəcək. İşlərin çox olmasına baxmayaraq, yaxınlarınıza diqqət yetirmək üçün vaxt ayıra bilərsiniz. İmiclə bağlı eksperimentlər uğurlu olacaq.

Dolça

Günün ilk yarısı olduqca mürəkkəb olacaq. Tələsməyin. Bu vaxt riskə getmək yaxşı deyil. Şübhəli şəxslərlə əlaqə saxlamayın, onlarla hər hansı bir macəraya qoşulmayın. Sürətli gəlir artımı və karyera inkişafı vəd etməsə belə, etibarlı iş layihələrinə üstünlük vermək üçün yaxşı vaxtdır. Axşam saatlarında yeni ideyalar ortaya çıxacaq. Onlara tətbiq etmək üçün sınanmış müttəfiqləriniz sizə kömək edəcək. Qeyri-rəsmi atmosferdə görüşlər, dostlarınız və digər yaxınlarınızla ünsiyyət üçün yaxşı bir gündür. Ciddi əlaqələrin başlanğıcı olan xoş tanışlıqlar istisna edilmir.

Balıqlar

Boş şeylərə görə narahatlıq keçirməyə dəyməz. Gün düşündüyünüz qədər də pis görünmür. Tələb olunan problemlər sizdən gözləniləndən daha sürətli həll oluna bilər, səhvlər ciddi nəticələrə səbəb ola bilməz. Sizi tənqid edənlərlə, ideya və planlarınıza şübhə ilə yanaşanlarla mübahisə etməyin. Qəribədir ki, məhz bu insanlar gələcəkdə sizin üçün ən etibarlı müttəfiqlər ola bilərlər. Planlaşdırılanların hamısını ən qısa zamanda başa çatdırmaq üçün çalışmayın. Bəzi işlər var ki, onların təxirə salınması həm vacib, həm də lazımdır.

Bunu da oxu:

Ulduz falı: 23 aprel, 2018

Qoç Günün başlanğıcı işgüzar görüşlər, iş məsələləri və gələcək planların müzakirəsi üçün uyğundur. Faydalı tanışlıqlar …