Baş səhifə / Dünya / Həbsdə olan oliqarx qardaşlar televizor və soyuducu almaq istəyirlər

Həbsdə olan oliqarx qardaşlar televizor və soyuducu almaq istəyirlər

2

Bu günlərdə həbs edilmiş “Summa” Qrupunun həmtəsisçiləri və Rusiyanın ən böyük sahibkarlarından olan Maqomed Maqomedov (Məhəmmədov) və qardaşı Ziyavudin Maqomedov sovet dövründə Azərbaycan milli-azadlıq hərəkatı təmsilçilərinin də yatdığı məşhur “Lefortovo” həbsxanasına yerləşdiriliblər.

Külli miqdarda dövlət əmlakının talan edilməsində şübhəli bilinərək həbs olunan qardaşlar xeyriyyəçikilik ənənələrinə də sadiq olduqlarını nümayiş etdirərək “Lefortovo” həbsxanasındakı məhbusların məişət şəraitinə də biganə qalmayıblar. Qardaşlardan biri – Maqomed Maqomedov bildirib ki, istintaq təcridxanasında cəza çəkənləri soyuducu və televizorla təmin etmək istəyir. Bu barədə Moskva İctimai Monitorinq Komissiyasının məsul katibi İvan Melnikov məlumat verib: “Maqomed Maqomedov istintaq təcridxanası rəhbrliyinə kömək qismində 10 ədəd soyuducu və 10 ədəd televizor almağı təklif edib. O həm də tezliklə kameralara elektrik çaydanı verilməsini istəyir”. Onun sözlərinə görə, Maqomedov qardaşları televizorla yanaşı, paltarları yumaq imkanı olmadığını da dilə gətiriblər. Əlavə olaraq, Maqomedovlar yaxınları ilə görüşmək üçün müraciət ediblər.

Qeyd edək ki, məşhur “Summa” şirkətinin sahibləri Ziyavudin və Maqomed Maqomedovlar “Arena Baltika” stadionunun tikintisində, xüsusilə böyük həcmdə (2,5 milyard rubl) dövlət əmlakının talan edilməsi və maliyyə yeyintisinə yol verməkdə şübhəli bilinirlər. Məhkəmə qərarı ilə iki ay müddətinə həbs olunan qardaşların müdafiəçiləri bu qətiimkan tədbirinə etiraz edirlər.

Onu da xatırladaq ki, Dağıstanın paytaxtı Maxaçqala şəhərində doğulan və milliyətcə avar olan bu qardaşlar həbs olunduqdan sonra Rusiya mətbuatında yer alan iddialara görə, Maqomedovların indiki baş nazir Dmitri Medvedyevlə çox yaxın münasibətləri olub. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …