Baş səhifə / Dünya / “YouTube”un baş ofisinə terror hücumu: Ölən və yaralananlar var

“YouTube”un baş ofisinə terror hücumu: Ölən və yaralananlar var

0

“YouTube” sosial paylaşma saytının ABŞ-ın Kaliforniya ştatının San-Bruno şəhərində yerləşən mənzil-qərargahında eşidilən silah səsləri polisi dərhal hərəkətə keçirib. Polis ofisin ətrafını mühasirəyə alıb. Həmin ərazidə ciddi təhlükəsizlik tədbirləri görülməklə yanaşı, polis orqanları sakinlərin silahlı toqquşmanın olduğu “YouTube”un mərkəzi ofisindən uzaq qalmağa çağırıb.

Əldə olunan son məlumatlara görə “YouTube” qərargahına atəş bir qadın tərəfindən açılıb. “ABC News” qəzetinin xəbərinə görə, o, qara paltarda olub. Polislə atışmada hücum edən şübhəli şəxs ölüb. Onun özü özünü güllələdiyi bildirilir. Polis çoxlu adamın yaralandığını bəyan edib, ancaq onların dəqiq sayını bildirməyib. Şirkətin bütün işçiləri binadan təxliyə olunub.

Stanford Universiteti Xəstəxanası zərərçəkənlər haqqında məlumatları təsdiqləyib. Həkimlər onlara nə qədər xəstə müraciət etdiyini bildirməyiblər. Sosial şəbəkələrdə 30-dan çox yaralı barədə məlumatlar yayılıb, lakin rəsmi olaraq bu məlumatlar təsdiqlənmir. “Los Angeles Times” qəzetinin xəbərinə görə, 2, digər məlumatlara əsasən, 5 nəfər yaralanıb. Yerli “Fast food” restoranının bir əməkdaşı ayağından silahla yaralanan bir qadına kömək etdiyini və zərərçəkənə ilkin tibbi yardım göstərdiyini söyləyib.

Hadisə barədə ABŞ prezidenti Donald Trampa məlumat verilib.

Qeyd edək ki, “Google” şirkətinin sahibi olduğu “YouTube” sosial şəbəkəsinin mərkəzi ofisində təxminən 1700 nəfər çalışır. (Bizimyolinfo.com)

Bunu da oxu:

9 uşaq atası sonsuz olduğunu öyrəndi və həyatı alt-üst oldu

Şimali Afrikanın müsəlman ölkəsi Mərakeşin yerli mətbuatının gündəmini anadangəlmə sonsuz olan, lakin indiyə qədər 9 …