Baş səhifə / Dünya / 20 dollara görə dostlarını öldürdülər

20 dollara görə dostlarını öldürdülər

İstanbulda metal tullantılarının təkrar emal üçün təhvil verildiyi yerdə işləyən Əfqanıstan vətəndaşı təzəcə aldığı həftəlik əməkhaqqını zorla əlindən almaq istəyən dostları tərəfindən öldürülüb.

Belə ki, İstabulun Fatih rayonunun Güngörən qəsəbəsindəki metal tullantılarının təkrar emal üçün təhvil verildiyi və seçildiyi yerdə çalışan Əfqanıstan əsilli Nurzaman Talas (30 yaş) 20 dollar məbləğindəki həftəlik əməkhaqqını alaraq 16 yaşındakı qardaşı F. Talasla birlikdə Aksaray rayonuna gedib. Bu zaman həmin yerdə işləyən və onun pul adığını bilən Əfqanıstandan olan üç nəfər bu iki qardaşı təqib edib.

Bir müddət sonra dostlarına yaxınlaşan həmin üç nəfər Nurzaman Talasdan 20 dolları istəyiblər. Pulları tələb edən Əli Ş. (21 yaş), Bilal A. (22 yaş) və Zabit İ. (20 yaş) pulunu vermək istəməyən dostlarını əvvəlcə döyüb, sonra bıçaqlayıblar. Daha sonra hücum edən dostlar onu orada qoyub qaçıblar, yaralı halda xəstəxanaya çatdırılan gənci xilas etmək mümkün olmayıb. (Bizimyolinfo.com)

Bunu da oxu:

Həbsxanadan qaçıb 50 il sonra məktub yazdı: “Televiziyada elan edin ki…” (Fotolar)

ABŞ-ın çox güclü mühafizə olunan Alkatraz həbsxanasından 36 nəfər məhbus qaçmaq istəyib. Amma plan heç …