Baş səhifə / Dünya / “Youtube”-un ofisinə hücum edən qadının azərbaycanlı olduğu bildirilir (Video)

“Youtube”-un ofisinə hücum edən qadının azərbaycanlı olduğu bildirilir (Video)

11

Dünən gecə “YouTube” sosial şəbəkəsinin ABŞ-ın Kaliforniya ştatının San-Bruno şəhərində yerləşən mənzil-qərargahına silahlı şəxs tərəfindən hücum olub. Mərkəsi ofisdə eşidilən silah səsləri əməkdaşlar arasında vahimə yaradıb. Polis ofisin ətrafını mühasirəyə alıb, həmin ərazidə ciddi təhlükəsizlik tədbirləri görülməklə yanaşı, sakinləri silahlı toqquşmanın olduğu “YouTube”un mərkəzi ofisindən uzaq durmağa çağırıb. Şirkətin bütün işçiləri binadan təxliyə olunub.

Əldə olunan son məlumatlara görə, “YouTube” qərargahına atəş aşan qadın öldürülüb və ya özünə qəsd edib. Polis basqın edən şəxsin kimliyini də müəyyənləşdirib. ABC televiziyasının xəbərinə, atəş açan qadın 39 yaşlı Nasim Ağdam olub.

ABŞ mətbuatının xəbərinə görə, əlsən İrandan olan bu qadın San-Dieqo şəhərində yaşayır. Onun milliyyətcə azərbaycanlı olduğu güman edilir. Belə ki, ABŞ-dakı yerli “Talent Show” müsabiqəsində də iştirak edən N.Ağdam (orada özünü Nasimə Sabz kimi təqdim edir) türk olduğunu bildirib. İranda yaşayan türklər isə Cənubi Azərbaycan sakinləri olan azərbaycanlılardır.

Ölən qadın “YouTube” video nəhəngini onun şəxsi videolarını senzuraya məruz qoymaqda və o videolara görə pul verməməkdə ittiham edirmiş. Bu şikayətləri dəfələrlə səsləndirən N.Ağdam “YouTube”a qarşı nifrəti olduğunu da gizlətmirmiş. N.Ağdamın psixoloji problemləri olduğu iddia edilir. Qadının atasının da qızının məşhurlaşmaq üçün sosial şəbəkələrə ifrat bağlılığından xəbərdar olduğu və polisə bu barədə məlumat verdiyi, hətta “YouTube” poçtuna xəbərdarlıq mətni göndərdiyi məlum olub.

Cinayətin törədilməsinin fərqli motivləri də ola bilər. Terror versiyası ilkin məqamda istisna edilsə də, qadının orada işləyən 36 yaşlı bir kişi ilə dostluq etdiyi, məhz onu vurmaq üçün bu addımı atdığı da bu versiyalar arasındadır.

Yaralılara gəlincə, bəzi məlumatlara görə onların sayı 4 nəfərdir. Bir nəfərin daha ağır vəziyyətdə olduğu barədə xəbərlər var. Stanford Universiteti Xəstəxanası zərərçəkənlər haqqında məlumatları təsdiqləyib. Həkimlər onlara neçə nəfər xəstə müraciət etdiyini bildirməyiblər. Sosial şəbəkələrdə 30-dan çox yaralı barədə məlumatlar yayılıb, lakin rəsmi olaraq bu məlumatlar təsdiqlənmir.

Qeyd edək ki, “Google” şirkətinin sahibi olduğu “YouTube” sosial şəbəkəsinin mərkəzi ofisində təxminən 1700 nəfər çalışır. (Bizimyolinfo.com)

Bunu da oxu:

Azərbaycanlı stronqman: 300 kiloluq təkərləri bir dəfəyə qaldırır – video

Azərbaycanda yeni idman federasiyasının əsası qoyulub. Stronqman əsasən Avropa və ABŞ-da böyük populyarlıq qazanıb. Bir …