Baş səhifə / Cəmiyyət / “Növbəti ildən dərslər saat 9-da başlayacaq” xəbərinə Nazirlikdən REAKSİYA

“Növbəti ildən dərslər saat 9-da başlayacaq” xəbərinə Nazirlikdən REAKSİYA

0

Bu gün Bakı şəhərində yerləşən bəzi orta ümumtəhsil məktəblərində şagird və müəllimlərə növbəti ildən dərs saatlarının 08:00-da deyil, 09:00-da başlanacağı bildirilib.

Qərarı elan etməzdən əvvəl müəllim və şagirdlərin fikri öyrənilib. Əksər müəllimlər dərs vaxtının 1 saat gec-09:00-da başlanlmasının tərəfdarı olduğunu bildirib. Bundan sonra direktor müavinləri “Növbəti ildən dərslər saat 9-da başlayacaq”, deyə bildiriblər.

Amma bu qərar işləyən valideynlər tərəfindən narazılıqla qarşılanıb. Hamıya bəllidir ki, paytaxtdakı dövlət və özəl müəssisələrin böyük əksəriyyətində iş saat 09:00-da başlayır. Bu baxımdan valideynlərin övladlarını məktəbə qoyduqdan sonra işə çatması mümkün olur… Qərar dəyişikliyi baş verərsə, bu, mümkün olmayacaq.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Modern.az-ın sorğusunu cavablandırarkən məlumatların əsassız olduğunu deyib:

“Belə bir dəyişiklik nəzərdə tutulmayıb. Ümumiyyətlə, bu barədə nazirlikdə müzakirə belə aparılmayıb. Bütün bunlar növbəti dezinformasiyalardır”.

Bunu da oxu:

Abid Şərifov: “Bu məlumatı yayanlara Allah insaf versin”

Baş nazirin sabiq müavini Abid Şərifovun səhhətinin pisləşdiyi barədə mətbuatda məlumat yayılıb. Oxu.Az xəbər verir …