Baş səhifə / Maraqlı / Bunu hamımız edirik, amma izahını bilmirik – müsəlman alim bunu tənliklə izah edib

Bunu hamımız edirik, amma izahını bilmirik – müsəlman alim bunu tənliklə izah edib

0

Müsəlman alim barmaq oynaqlarından çıxan səsləri tənliklə izah edir

Alimlər insanların ən əsəbgətirici vərdişlərindən birinin əsl səbəbini öyrənirlər. Əl barmağınızı çəkdiyiniz və ya iki əllərini bir-birinə keçirməklə dartdığınız zaman yaranan səslərin səbəbini çoxumuz bilmirik.

Fransa və ABŞ-dakı araşdırmaçılar bu hərəkətlərin üç riyazi tənliklə izah edilə biləcəyini söyləyirlər. Təəccüblü olan budur ki, bu vərdişin əsl səbəbi yüz ildən çoxdur mübahisə mövzusudur.

Fransada “École Polytechnique” elmi tədqiqat qurumunun tələbəsi Vinet Çandran Suja auditoriyada barmaqlarını şaqqıldadarkən bunu araşdırmaq haqqında qərara gəlib. Çandran Suja və müəllimi, elmlər doktoru Əbdül Bərəkət barmaq oynaqları və əl sümükləri arasından çıxan səsləri izah etmək üçün bir neçə tənlik yaradıblar.

Chandran Suja BBC-yə açıqlamasında bu barədə deyib: “Birinci tənlik barmaqlarımızı dartdıqda təzyiq dəyişikliyini izah edir. İkinci tənlik isə təzyiq dəyişikliyinə adekvat olaraq qabarcıqların ölçülərinin dəyişmələrini açıqlayır. Üçüncü tənlikdə isə ölçülərini dəyişən qabarcıqların səs çıxaranlarla müqayisə edilməsi yerinə yetirilir.

Hal-hazırda Kaliforniyadakı Stanford Universitetində magistr təhsili alan Çandran Suja tənliklərin barmaq oynaqlarının səsini izah edən bütöv bir riyaziyyat modeli formalaşdırdığını söyləyib. Çandran Suja araşdrıma ilə bağlı bunları deyir: “Barmaqlarımızı dartdıqda əslində oynaqlarımızı bir-birindən ayırırıq. Bunu etdiyimiz zaman təzyiq düşür və oynaq mayesində qabarcıqlar yaranır. Bu zaman isə dərhal təzyiqdəki dəyişikliklər qabarcıqların ölçüsünü böyük sürətlə dəyişdirir və bu da həmin səslərin çıxmasına səbəb olur”.

Bu model həm də iki ziddiyyətli nəzəriyyə arasında körpü yaratmaq baxımından da maraq doğurub. Qabarcıqların maye üzərinə çıxaraq səs çıxarması nəzəriyyəsi ilk dəfə 1971-ci ildə ortaya çıxıb. Bu tarixdən 40 il sonra aparılan yeni təcrübələrdən sonra alimlər onu da sübut ediblər ki, barmaqları şaqqıldatdıqdan sonra da çox kiçik qabarcıqların oynaq mayesində qalmaqda davam edir. Yeni riyazi modelə görə, qabarcıqların qismən partlaması belə səsin çıxması üçün kifayətdir.

“Scientific Reports” jurnalında dərc olunan digər tədqiqat da maraqlı olub. Bu araşdırma qabarcıqların partlamasından yaranan təzyiqin akustik dalğalar yaratdığı və riyazi cəhətdən ölçülə biləcəyini göstərib. Araşdırmada, həmçinin bəzi insanların bu hərəkəti edə bilməməsinin səbəbi də izah edilir. Əgər əlinizdəki oynaqların arasında müvafiq olaraq geniş bir sahə varsa, mayedəki təzyiq bu səsi çıxarmaq üçün kifayət qədər aşağı düşmür.

Bəzi insanların barmaqlarını şaqqıldatmaq istəməməsi, barmaqlarını dartmaq və ya çəkmək kimi vərdiş barədə heç düşünməməsinə gəlincə, yəqin ki, bunun da izahı növbəti tədqiqatda ortaya çıxacaq.

Bunu da oxu:

Dünyanı başqa tərəfdən göstərən 12 qeyri-adi foto

Fotoqraflar bizim adi hesab etdiyimiz hər şeydə qeyri-adilik görə bilirlər. Obyektivlərin köməyi ilə bizə təqdim …