Baş səhifə / Cəmiyyət / Kamran Əliyev vəzifəsindən azad edildi – YENİ TƏYİNAT

Kamran Əliyev vəzifəsindən azad edildi – YENİ TƏYİNAT

0

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (RBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev yeni vəzifəyə təyin olunub.

Bu haqda Oxu.Az-a Kamran Əliyevin özü məlumat verib.

O bildirib ki, bundan sonra o, BDYPİ-nin Yol-Patrul Xidməti şöbəsində rəis vəzifəsini icra edəcək.

Qeyd edək ki, həmin vəzifədə bundan əvvəl polkovnik Ərəstun Məcidov çalışırdı. Təqaüdə çıxdıqdan sonra rəis vəzifəsi vakant idi.

Kamran Əliyevin indiyədək rəhbərlik etdiyi İctimaiyyətlə əlaqələr şöbəsinə də təyinat olub. Belə ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, mayor Rüfət Quliyev Baş İdarəinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.

Bunu da oxu:

Abid Şərifov: “Bu məlumatı yayanlara Allah insaf versin”

Baş nazirin sabiq müavini Abid Şərifovun səhhətinin pisləşdiyi barədə mətbuatda məlumat yayılıb. Oxu.Az xəbər verir …