Baş səhifə / Dünya / Rus qızı Dubayda: Sərxoş halda polisi dişləyib, kəllə ilə maşının şüşəsini sındırıb

Rus qızı Dubayda: Sərxoş halda polisi dişləyib, kəllə ilə maşının şüşəsini sındırıb

4

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində nəşr olunan ingilisdilli “Gulf News” qəzetinin xəbərinə görə, Rusiyadan turist kimi gələn qadınlardan biri ənənəvi vərdişlərindən bu müsəlman ılkəsində də əl çəkməyib. Nəticədə o qədər çox içib ki, hüquq-mühafizə orqanı nümayəndəsi olan qadını dişləyib, polis avtomobilnin pəncərəsini sındırıb.

Xəbərdə deyilir ki, məşhur Dubay şəhərinin hüquq-mühafizə orqanlarına şəhərdəki mehmanxanalardan birinin girişində iki sərxoş turistin dalaşması barədə məlumat daxil olub. Hadisə yerinə gələn qadın polis 24 yaşlı rus qadına yaxınlaşıb və onu qandallamaq istəyib. Bu zaman əsəbləşən turist müqavimət göstərməyə başlayıb və ona hücum edərək zərbələr endirib, bununla da kifayətlənməyərək polisin üzünü dişləyib. Polislər onu avtomobilə oturtmağa müvəffəq olsalar da, bu dəfə rus qadın başını şüşəyə çırpıb.

Sonradan ayılan rus qadın özünün sərüzəştindən xəbər tutub və əməlindn peşman olduğunu və içdiyi likörün təsiri ilə qayda-qanunu pozduğunu etiraf edib. Amma turist xanım polis işçisinin üzünü dişləmədiyini söyləyib. Sərxoş rus qızının günahkar olub-olmadığı 29 apreldə keçiriləcək məhkəmə iclasında müəyyən ediləcək. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …