Baş səhifə / Cəmiyyət / “Bütün universitet bu xəbərin ağırlığından çökmüşdü” – Aprel şəhidimizin müəlliməsi

“Bütün universitet bu xəbərin ağırlığından çökmüşdü” – Aprel şəhidimizin müəlliməsi

0

“Azərbaycan Universitetində 2013-cü ildə pedaqoji fəaliyyətə başlayanda ilk dəfə Fəxxrəddin Qurbanlının oxuduğu 112813 saylı qrupa dərs demişəm. Yadıma Fəxrəddinlə bağlı ancaq xoş xatirələr düşür. Çünki, tərbiyəli, əxlaqlı, dürüst və istiqanlı idi.”

Moderator.az xəbər verir ki, bunu aprel döyüşlərində qəhrəmancasına şəhid olan Fəxxrəddin Qurbanlının müəliməsi Aygün Musayeva deyib.

“2016-cı ilin aprel ayının ilk günləri idi. O zamanlar İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Vüqar Bağırlı gəlib Fəxrəddinin şəhid olması xəbərini deyəndə inana bilmədik, sarsıldıq. Onlara da bu xəbəri həmin fakültədə oxuyan Fəxrəddingilin qonşuluğunda yaşayan bir tələbə vermişdi. Bütün universitet bu xəbərin ağırlığından çökmüşdü. O sarsıntının təsirini hadisənin üzərindən 2 il keçməsinə baxmayaraq hələ də hiss edirik.

Universitet divarından Fəxrəddinin xatirəsinə asılmış şəklin qarşısından hər dəfə keçəndə gözüm qeyri-ixtiyari onun gözləri ilə toqquşurdu və hər dəfə də tez gözümü ondan çəkirdim. Elə bil bununla hər dəfə özümü inandırmağa çalışırdım ki, o, ölməyib.

Qəribədir, Fəxrəddin sanki beynimin hansısa hissəsində qalıb və özüm də gözləmədiyim anlarda ağlımdan keçir. Unutmaq çətindir!

Allah rəhmət eləsin!”

Bunu da oxu:

Dünyanı başqa tərəfdən göstərən 12 qeyri-adi foto

Fotoqraflar bizim adi hesab etdiyimiz hər şeydə qeyri-adilik görə bilirlər. Obyektivlərin köməyi ilə bizə təqdim …