Baş səhifə / Sosial-İqtisadi / Metropoliten yeni qatar alıb (Foto)

Metropoliten yeni qatar alıb (Foto)

0

Rusiyadan “Bakı Metropoliteni” üçün sifariş verilmiş iki yeni qatarın biri artıq gətirilib.

Bunu Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

O bildirib ki, qatar hazırda depodadır və texniki baxış keçirilir:

“Dünən “Metrovaqonmaş”la imzalanmış müqavilə çərçivəsində alınmış yeni qatarlardan biri Bakıya gətirilib. Hazırda Rusiyadan gələn mütəxəssislər qatarın hazır vəziyyətə gətirilməsi üçün çalışırlar.

Müəyyən sazlanma işləri aparıldıqdan, bəzi avadanlıqlar quraşdırıldıqdan sonra sınaq olacaq. Bundan sonra həmin qatar xəttə buraxılacaq. Digər ikinci qatar isə gələn ayın sonu gətiriləcək”.

Bunu da oxu:

Qazaxıstan boş iş yerlərinin çoxluğundan əziyyət çəkir – işçi tapılmır…

Bütün dünya və region ölkələri işsizlik problemi ilə üzləşdiyi bir vaxtda Qazaxıstanda kadr çatışmazlığı elan …