Baş səhifə / Dünya / Rusiya od tutub yanır: Yenə də uşaqlar üçün ticarət mərkəzində yanğın baş verib, ölən və yaralananlar var

Rusiya od tutub yanır: Yenə də uşaqlar üçün ticarət mərkəzində yanğın baş verib, ölən və yaralananlar var

7

Aprelin 4-də Moskva şəhərinin Malaya Semyenovskaya prospektində yerləşən “Uşaqlar üçün Persey” ticarət mərkəzində baş verən yanğın nəticəsində bir nəfər ölüb, altı nəfər müxtəlif dərəcədə yanıq xəsarətləri alıb. Yanğın binanın yuxarı mərtəbələrində yerləşən anbar və saxlancların birində baş verib.

Bizimyolinfo.com”-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, yanan binadan təxliyə olunan bir nəfər xəstəxanaya aparıldığı zaman təcili yardım maşınında keçinib. Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, mərhum binadakı toxuculuq fabrikində işləyənlərdən biri olub.

RF Fövqəladə Hallar Nazirliyinin Moskva şəhər İdarəsinin rəisi İlya Denisovun sözlərinə görə, yanğının ümumən 80 kvadratmetr sahəni əhatə edib. “Uşaqlar üçün Persey” ticarət mərkəzinin binasından təxminən 600 nəfər təxliyə edilib. Yanğın tamamilə söndürülüb, təhlükəsizlik məqəsdi ilə binaya bütün girişlər bağlanıb. Yaralıların 2 tibbi vertolyotla təxliyə edildiyini deyən İ.Denisov onu bildirib ki, hadisə yerinə gələn altı nəfər xilasedici də yaralanıb, onlardan biri ağır vəziyyətdədir.

Rusiyanın Təhqiqat Komitəsindən bildiriblər ki, binanın dörd mərtəbəsində uşaq ticarət mərkəzi fəaliyyət göstərir, yanğın isə toxuculuq fabrikinin anbarlarının yerləşdiyi beşinci və altıncı mərtəbələrdə başlayıb.

“Uşaqlar üçün Persey” ticarət mərkəzinin nümayəndəsi Andrey Kononets keçən həftə binada yanğın təhlükəsizliyi təlimləri keçirildiyini söyləyib. O, ölən şəxsin toxuculuq fabrikinin işçisi olduğunu bildirib.

Şirkətin sahibi, “Uşaqlar üçün Perseus” ticarət mərkəzləri şəbəkəsinin rəhbəri Boris Tritenko iki yuxarı mərtəbədə fabrik və hazır məhsul anbarlarının yerləşdiyini deyib. B. Tritenko bildirib ki, onlar yanğının baş verdiyi obyektlərin mükliyyətçisi deyil, yalnız icarəçidirlər.

RF FHN-in Moskva şəhər İdarəsindən onu da bildiriblər ki, yanğın, təxliyə, tüstüdən mühafizə və avtomatik yanğınsöndürmə sistemləri yanğın zamanı işləyib, TM mərkəzinin əməkdaşları isə səmərəli fəaliyyət göstəriblər. Buna bamayaraq, hadisənin ilkin vaxtlarında təcili yardım xidmətindəki mənbə kompleksin ümumi planındakı mürəkkəbliyə görə yanğın mənbəyinə gedib çıxmağım çətin olduğunu bildirmişdi.

Xatırladaq ki, martın 24-də Rusiyanın Kemerovo şəhərindəki “Zimnyaya vişnya” ticarət mərkəzində baş verən yanğında 41 uşaq həyatını itirmişdi. Hadisə barədə bu linki klik edib oxuya bilərsiniz: Qapıları bağlayıb 41 uşağı diri-diri “yandıran” şəxsin kimliyi bilindi

Bunu da oxu:

9 uşaq atası sonsuz olduğunu öyrəndi və həyatı alt-üst oldu

Şimali Afrikanın müsəlman ölkəsi Mərakeşin yerli mətbuatının gündəmini anadangəlmə sonsuz olan, lakin indiyə qədər 9 …