Baş səhifə / Dünya / Uktayna rus dənizçiləri əsir götürdü – Rusiya hərəkətə keçdi

Uktayna rus dənizçiləri əsir götürdü – Rusiya hərəkətə keçdi

2

Ukraynaya nota verildi, sankiya çağırışları səsləndi

Aprelin 4-də axşam RF Xarici İşlər Nazirliyi Rusiyaya məxsus “Nord” adlı balıqçı gəmisinin həbsi ilə bağlı Ukraynaya nota verib. Bu barədə etiraz notası Ukraynanın Moskvadakı müvəqqəti işlər vəkilinə təqdim edilib. Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə nota haqqında məlumat verib: “Rusiya tərəfi Rusiya vətəndaşlarının dərhal sərbəst buraxılmasını, “Nord” gəmisininin onun hüquqi sahibinə qaytarılmasını və gələcəkdə oxşar təxribatlara yol verilməməsini tələb edib”. Moskva, həmçinin Kiyevə ekipajın qeyri-insani şəraitdə saxlandığına da etiraz edir.

Bundan əvvəl, aprelin 4-də rəsmi Kiyevin razılığı olmadan Krımın limanlarına daxil olan və limanlarından çıxan bütün gəmiləri saxlamaq və həbs etmək barədə Ukraynanın yeni planları açıqlanıb. Bu barədə ölkənin Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Oleq Slobodyan “Observer”ə verdiyi müsahibəsində deyib.

Krımdan Fedrasiya Şurasının üzvü seçilən Olqa Kovitidi Rusiya gəmisinin həbs olunmasına görə Ukraynaya qarşı sanksiyalar tətbiq edilməsini tələb edib: “Rusiya Federasiyası tərəfindən Rusiya vətəndaşlarının hüquq və maraqları pozulduğu üçün bu işə qol qoyan bütün şəxslərə qarşı cinayət işi açılmalıdır. ATƏT və BMT-dən quldurluq və adam oğurluğunu həyata keçirən Ukraynaya qarşı sərt sanksiyalar tətbiq etmək tələb edilməlidir”.

Senatorun sözlərinə görə, Rusiya gəmisinin qaçırılması Birləşmiş Millətlər Təşkilatının 1982 il Dəniz Konvensiyanın normalarının, Vladimir Qorbenko başda olmaqla Rusiya vətəndaşlarının oğurlanması və qanunsuz olaraq azadlığının məhrum edilməsi RF Cinayət Məcəlləsinin 126-cı maddəsinin pozulmasıdır.

Xatıraladaq ki, martın 25-də Krımdan limanlarından birindən çıxan “Nord” adlı Rusiya balıqçı gəmisi Azov dənizində Ukrayna sərhədçiləri tərəfindən həbs edilib. Məlumata görə, guya gəmidəki 10 balıqçını Ukraynanın vətəndaşlığına keçməyə məcbur edirlər. “Nord” rus gəmisinin kapitanı haqqında qətiimkan tədbiri seçililməsi üçün 4 və ya 5 aprel tarixlərində məhkəmə keçiriləcəyi planlaşdırılır.

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …