Baş səhifə / Dünya / Öcalanın evində ad gününə toplaşanlar həbs edildi. Görün, aralarından kimlər çıxdı!

Öcalanın evində ad gününə toplaşanlar həbs edildi. Görün, aralarından kimlər çıxdı!

5

PKK-ya qarşı əməliyyatda 9 nəfər həbs olunub

Türkiyənin Şanlıurfa vilayətinin rəhbərliyi terror təşkilatı PKK lideri Abdulla Öcalanın ad gününü qeyd etmək istəyənlərə icazə verməmək barədə qərar qəbul edib. Şəhər valisi ölkədəki fövqəladə vəziyyət qanunlarının müddəalarını və təşkilatçıların iğtişaş törətmək cəhdlərini əsas götürərək belə bir qərar verib. Amma bu qərardan sonra PKK-nın siyasi qanadları hesab edilən XDP (Xalqların Demokratiya Partiyası) və DBP (Demokratik Toplum Partiyası) rəhbərləri PKK-ya yaxın olan internet saytlarından tərəfdaşlarını Şanlıurfanın Halfeti rayonunda keçirilməsi planlaşdırılan tədbirlərdə iştirak etməyə çağırıblar.

Lakin əvvəlki illərdən fərqli olaraq Ömərliyə yürüş çağırışına XDP və PKK tərəfdarları maraq göstərməyiblər. Şanlıurfa vilayət mərkəzində, Birəcik və Halfeti rayonlarında qadağa qərarı alınmasına görə ən yüksək səviyyəyə təhlükəsizlik tədbirləri görüldü. Ətrafdakı vilayətlərdən gətirilən polis və daxili qoşunların əsgərləri hər hansı arzuolunmaz vəziyyətə imkan verməmək üçün zirehli vasitələrdən istifadə edərək Ömərliyə keçidi bağlayıblar. Lakin bu qadağanı pozanlar da olub.

Bu səbəbdən də Türkiyənin daxili qoşunlarının bölmələri PKK lideri Abdulla Öcalanın evində keçirilməsi planlaşdırılan aksiyaya qatılmaq üçün 2 gün əvvəl Ömərli məhəlləsinə gələnlərə qarşı əməliyyat aparıb. Əməliyyat zamanı Öcalanın evində yaxalananlar polisi də, mətbuatı da şoka salıb. Belə ki, polisin həbs etdiyi 9 nəfərin arasında hər vəchlə terrorçu Öcalanla əlaqələrini inkar edən XDP-nin Şanlıurfa vilayət koordinatoru Bəkir Qarakeçili və DBP-nin region üzrə məsul şəxsləri də olub. (Bizimyolinfo.com)

Bunu da oxu:

9 uşaq atası sonsuz olduğunu öyrəndi və həyatı alt-üst oldu

Şimali Afrikanın müsəlman ölkəsi Mərakeşin yerli mətbuatının gündəmini anadangəlmə sonsuz olan, lakin indiyə qədər 9 …