Baş səhifə / Dünya / ABŞ-ın hərbi təyyarəsi qəzaya uğrayıb

ABŞ-ın hərbi təyyarəsi qəzaya uğrayıb

0

Dünən Nevada ştatında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb. “Fox News”un məlumatına görə, hadisə Nevada ştatındakı hərbi bazanın poliqonunda təlim uçuşları zamanı yerli vaxtla saat 10:30 (21:30) radələrində baş verib.

Belə ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi bazanın poliqonu üzərində təlim uçuşları yerinə yetirərkən Las-Veqas yaxınlığında yerə düşüb. Pilotun və ya pilotların taleyi hələ də məlum deyil.

Qeyd edk ki, bu, son iki gündə ABŞ hərbi hava gəmilərinin üçüncü qəza hadisəsidir. Aprelin 3-də ABŞ-ın Dəniz Piyada Korpusuna məxsus “AV-8B Harrier” qırıcısı Cibutidə qəzaya uğrayıb. Təyyarənin pilotu katapultsiya oluna bilib. İndi o xəstəxanadadır, həkimlər vəziyyətini sabit olaraq qiymətləndirirlər.

Bundan başqa, yenə 3 apreldə ABŞ-ın Dəniz Piyada Korpusunun vertolyotu Kaliforniyanın cənubunda qəzaya uğrayıb. Qəza nəticəsində dörd hərbçi həlak olub. NBC telekanalının xəbərinə görə, təlim uçuşu zamanı Meksikanın sərhədindən bir neçə kilometr məsafədə ABŞ Hərbi Hava Qüvvələrində qabarit ölçüsünə görə ən böyük vertolyot olan “CH-53E Super Stallion” qəzaya uğrayıb. (Bizimyolinfo.com)

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …