Baş səhifə / Dünya / Son 10 gündə Rusiyada uşaqları hədəfə alan 3-cü yanğın: Bu dəfə Tümendə…

Son 10 gündə Rusiyada uşaqları hədəfə alan 3-cü yanğın: Bu dəfə Tümendə…

3

İndi də Tümendə oyuncaq mağazası yanıb

Bizimyolinfo.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Tümen vilayətinin regional bölməsindən “RİA Novosti”yə verilən məlumata görə, Rusiyanın eyni adlı vilayətinin mərkəzi Tümen şəhərində yerləşən “Rich Family” oyuncaq mağazasında yanğın baş verib. İlkin məlumatlara görə, yanğının əhatə etdiyi sahə, təxminən 3 min kvadrat metr olub.

Ən son məlumatlara görə, yanğın şəhərin Kremlyovskaya küçəsində saat 00.15-də (Moskva vaxtı 22.15-də) baş verib. RF Fövqəladə Hallar Nazirliyinin 67 əməkdaşı və 26 ədəd xüsusi texnikası yanğının söndürülməsinə cəlb olunub.

Yanğını aradan qaldırmaq üçün qaz və tüstüdən müdafiə xidmətindən beş dəstə ayrılıb. Yerli vaxtla saat 01:25-də (23:25 Moskva vaxtında) yanğın tam lokallaşdırılıb.

RF Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə mətbuat xidmətinin nümayəndələri daha sonra yaydığı xüsusi məlumatda yanğının şəhər əhalisinin yaşayış şəraitinə mənfi təsir etmədiyi, Tümendə ekoloji vəziyyətin pozulmadığı bildirilib.

Gecəvaxtı olduğu üçün yanğın zamanı xoşbəxtlikdən nə uşaq, nə də həra hansı əməkdaş zərər çəkməyib. Buna görə də heç bir təxliyə tədbiri həyata keçirilməyib. Hazırda hadisənin səbəbləri və dəyən zərərin həcmi müəyyənləşdirilir.

“Rich Family” şirkətinin məlumatına görə, oyuncaq mağazası 1 mərtəbəli panel binada yerləşib, satışda 40 mindən çox adda məhsul olub.

Qeyd edək ki, son hadisə 10 gündə Rusiyada uşaqların daha çox baş çəkdiyi obyektlərdə baş verən üçüncü yanğındır. Bu qədər qısa müddətdə 3-cü yanğın hadisəsinin baş verməsi “təsadüf, yoxsa təxribat” kimi sualların yaranmasına səbəb olur.

***

Xatırlatma: Aprelin 4-də Moskva şəhərinin Malaya Semyenovskaya prospektində yerləşən “Uşaqlar üçün Persey” ticarət mərkəzində baş verən yanğın nəticəsində bir nəfər ölüb, altı nəfər müxtəlif dərəcədə yanıq xəsarətləri alıb. Yanğın binanın yuxarı mərtəbələrində yerləşən anbar və saxlancların birində baş verib.

***

Xatırlatma: Martın 25-də Kemerovo şəhərində yerləşən ticarət mərkəzində baş vermiş yanğında 41 uşaq həyatını itirib.

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …