Baş səhifə / Foto / Səyahətə çıxanlar üçün 11 təhlükəsizlik qaydası

Səyahətə çıxanlar üçün 11 təhlükəsizlik qaydası

2

Xarici ölkələrə səfər zamanı heç yedə deyilməyən, lakin çox səyahət etmiş insanların təcrübəsindən bilinən 11  təhlükəsizlik qaydasına əməl etsəniz həm malınızı, həm canınızı qorumuş olarsınız. Bizimyolinfo.com sizi bu qaydalarla tanış edir.

Birinci qayda. Çalışın ödəniş üçün bank kartlarınızdan istiffadə etməyin. Əgər kartınızdan məlumatlarınızın oğurlanmasından ehtiyat edirsinizsə Google Pay  və ya  Apple Pay ödəmə texnologiyasından istifadə edin. Bu hesablarınızı fırıldaqçılardan qoruyar.

Ölkənizin nümayəndəliyində qeydiyyatdan keçin. Əgər imkan varsa getdiyiniz ölkənin rəsmi nümayəndəliyində qeydiyyatdan keçin. Konsulluq nümayəndələri sizin haqqınızda məlumatları qeyd edəcək və hər hası  fövqəladə vəziyyət baş verərsə  yaxınlarınızla əlaqə saxlaya  bilərlər. Hər bir ölkənin Xarici İşlər Nazirliyinin syatında konsulluqların əlaqə  telefonları qeyd edilir. Bu üsulla siz əlaqə yarada bilərsiniz.

Əmlakınızı sığorta etdirin. Özünüzlə apardığınız fotokameralar, notbuk və telefonu sığorta etdirməyi unutmayın ki, bu əşyaların oğurlandılğı və ya başına bir iş gəldiyi təqdirdə çarəsiz qalmayasınız.

Əşyalarınızı seyfə qoyduğunuza dair çek alın. Getdiyiniz oteldə qiymətli əşyalarınızı seyfə qoyursunuzsa otel sahiblərindən çek almağı və əşyalar ziyan görərsə onların ziyanı ödəyib- ödəməyəcəyi barədə  dəqiq informasiya alın.

Telefonda ən yaxın kontaklarınızı (ana , ata, ər, arvad,  bacı, qardaş  kimi sözləri) yerli ölkənin dilində qeyd edin. Bu nömrələri hətta skrin şot edib  telefonun ekranına da bərkidə bilərsiniz ki, telefon blokda olanda da görünsün. Bu, küçədə başınıza bir qəza gələcəyi halda ətrafdakıların sizə kömək edə bilməsi üçündür.

Tanımadığınız insanlarla alkoqollu içkilər içməyin. Bəlkə də yerlilərin bir qədəh içki təklifi cazibədar görünə bilər, lakin bu macəranın sonunda qiymətli əşyalarınızın itməsi də istisna edilmir.

Yerli sakinlərin  yemek yediyi yerlərdə yeməyə üstünlük verin. Asiyada küçə yeməklərini çox ədviyyatlı hazırlayırlar buna görə də siz öncədən ədviyyat istəmədiyinizi bildirin, Küçədən meyvə aldıqda isə ən yaxşısı soymadan yeməyin.

Necə deyərlər xəbərdarlıq edilmisənsə artıq silahlısan. Gedəcəyiniz ölkədəki xalqın ən pis vərdişləri barəsində də öyrənməyi unutmayın. Yerli sakinlər kimi geyinməyə stünlük verin.

Bütün sənədlərinizdən bir neçə nüsxə çıxartmağı unutmayın. Bu nüsxələri  üstünüzdə olan bütün  çantalara yerləşdirin,bir nüsxəni də hər zaman özünüzlə gəzdirin.

Səfər zamanı getdiyiniz marşrut barəsində öncədən dostlarınıza xəbər verin.

Və unutmayın, qaldığınız otellərdə ən çirkli yer unitaz deyil, telefon pultudur. Xarici ölkənin bütün yerli mikrobları ilə tanış olmamaq üçün pultu yeni plastik paketə yerləşdirin.

İlhamə

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …