Baş səhifə / Texnologiya / İnternet nəhəngi ifşa olundu: “Google” kompüterlərimizdəki faylların üzünü köçürürmüş

İnternet nəhəngi ifşa olundu: “Google” kompüterlərimizdəki faylların üzünü köçürürmüş

“Facebook” vasitəsilə şəxsi məlumatların ələ keçirildiyi iddiaları gündəmdə olduğu bir vaxtda, indi də “Google Chrome” internet brauzerinin “Windows” əməliyyat sistemində işləyən kompüterlərdəki bütün faylları gizli şəkildə, həm də mütəmadi olaraq skanerdən keçirdiyi barədə iddia irəli sürülüb. Bunun baş verməsi halında kompüterinizdəki bütün faylların həmin brauzer tərəfindən ələ keçirilməsi mümkündür.

ABŞ-da fəaliyyət göstərən “Motherboard” saytınının xəbərinə görə, Kibertəhlükəsizlik üzrə mütəxəssis Kelli Şortric “Google Chrome” skanerinin, “SƏNƏDLƏR” qovluğundakı fayllar daxil olmaqla, kompüterlərdəki bütün faylları skanerdən keçirdiyini bəyan edib.

Xəbərdə bu problemin ESET antivirus proqramının təcrübələrindən istifadə edən “Chrome Cleanup Tool” vasitəsindən qaynaqlandığı bilidirilir. Belə ki, mütəxəssislər “Chrome”un ESET nüvəsini istifadə edərək skanerə hücum edə biləcək zərərli proqram təminatlarını axtarmaq üçün kompüteri skanerdən keçirdiyini, sözügedən zərərli proqramlara rast gəldiyi halda isə problemli fayl ilə bağlı məlumatları “Google”-a göndərdiyini qeyd edirlər.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın “Trustlook” şirkətinin mütəxəssisləri “Telegram”, “Twitter”, “Viber”, “Facebook Messenger”, “Skype”, “Line”, “Weibo” və s. proqram tətbiqlərindən məlumat “oğuralayan” yeni bir virusun kəşf edildiyi baradə hesabat vermiş, “com.android.boxa” adlı virusun Çin mənşəli “Cloud Module” proqram tətbiqində təsbit edildiyi bidirilmişdi.

Bunu da oxu:

Səlim Müslümov vəzifəsindən azad edildi

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vəzifəsindən gedib. Oxu.Az xəbər verir ki, prezident …