Baş səhifə / Cəmiyyət / Ötən gün Azərbaycanda 30 cinayətin üstü açılıb

Ötən gün Azərbaycanda 30 cinayətin üstü açılıb

0

Daxili İşlər Nazirliyi (DİN) aprelin 4-dən 5-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.

DİN-dən verilən məlumata görə, ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 97 cinayət faktı qeydə alınmış, onların da 16-sı “isti izlər”lə açılmışdır.

Əvvəlki dövrlərdən bağlı qalmış 30 cinayətin açılması təmin olunmuşdur.

Axtarışda olduğuna görə ümumilikdə 45 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 4 nəfər xəsarət almışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilmişdir. Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılmışdır.

Bunu da oxu:

Abid Şərifov: “Bu məlumatı yayanlara Allah insaf versin”

Baş nazirin sabiq müavini Abid Şərifovun səhhətinin pisləşdiyi barədə mətbuatda məlumat yayılıb. Oxu.Az xəbər verir …