Baş səhifə / Dünya / Əlil arabasında Everest zirvəsinə qalxdı (Fotolar + Video)

Əlil arabasında Everest zirvəsinə qalxdı (Fotolar + Video)

0

Bu tarixi hadisənin qəhrəmanı avstraliyalı Skot Dulandır

Tarixdə ilk dəfə olaraq dünyanın ən yüksək zirvəsinə əlil arabası ilə qalxmaq mümkün olub. Avstraliyadan olan Skot Dulan bu tarixi hadisəyə imza atmaq üçün səkkiz ay hazırlaşıb. S.Dulan hazlrlıq dövründə həm ürək və həm də fiziki dözümlülük üçün məşqlərdən keçib. 5,3 min metr yüksəklikdə yerləşən alpinistlərin düşərgəsinə qalxmaq üçün Dulana on gün vaxt lazım olub. Ümumiyyətlə, o, əlil arabasında hərəkət edib və yolun bəzi hissələrində isə yoldaşları onu əlləri üstündə aparıblar.

Zirvəyə qalxmaq üçün Skot Dulana 10 gün vaxt lazım olub. Eyni marşrutu çıxan sağlam idmançının sərf etdiyi vaxtdan bir qədər çox müddətə bu yolu qət edib. Dulan zirvəyə çatdığı həmin anlar haqqında bunları danışır: “Mən həmin anda yalnız nəfəs alıb-verməyin qayğısına qalırdım. Çünki zirvəyə yaxınlaşanda məni əldə aparırdılar və nəfəs almaqda çətinlik çəkirdim. Lakin yadımdadır ki, yuxarı baxdım və 20 nəfərlik dəstəni gördüm. Mən onlara çatanda onların hamısı məni vəsf eləməyə başladılar, amma bu son dərəcə utanverici vəziyyət idi”.

Yoxuşu çıxmaq, xüsusilə əllərin üstündə hərəkət S.Dulan üçün asan olmayıb. Yürüş zamanı beş cüt əlcək dəyişdirmək məcburiyyətində qalıb. Yeddinci gündə əlil arabasının təkəri düşüb və S. Dulanın özü sümüyün həddindən artıq yüklənməsi səbəbindən travma alıb.

Yürüşə getməzdən əvvəl Skot Dulan “Facebook” səhifəsində yazıb: “Mümkün qədər çox insanın mənə ilham verəcəyinə inanıram və əgər bir şəxs həqiqətən bir işi görmək üçün özünü qətiyyətli şəkildə buna hazırlayırsa, onun zirvəyə çata biləcəyini sübut edəcəyəm. İnsanları ruhlandırmaq daha yaxşıdır, nəinki hansısa dəlicəsinə hərəkət etmək”.

Xatırladaq ki, S. Dulan 17 yaşında motosikletlə qəzaya düşüb və onurğası sındığı üçün aşağı ətrafları iflic olub. Onun əlil arabasında Everest zirvəsinə qalxmaq ideyası “Apexgen” geyim istehsalçısı olan şirkətin reklam kampaniyasını aparanların ideyası olub. Brend ilk dövrdə səyahətin maliyyələşdirilməsi və onun haqqında sənədli filmin çəkilməsi üçün S. Dulana satışlarından 70 min dollar təklif edib.

Qeyd edək ki, S. Dulan üçün Everest yalnız başlanğıcdır. S. Dulan yeni bir macəra planlaşdırır. Belə ki, o, 2020-ci ildə Yaponiyada keçiriləcək Paralimpiya Oyunlarında Avstraliyanı üzgüçü kimi təmsil etmək istəyir. (Bizimyolinfo.com)

Bunu da oxu:

Azərbaycanlı stronqman: 300 kiloluq təkərləri bir dəfəyə qaldırır – video

Azərbaycanda yeni idman federasiyasının əsası qoyulub. Stronqman əsasən Avropa və ABŞ-da böyük populyarlıq qazanıb. Bir …