Baş səhifə / Dünya / Bu balinalar oxumağı da bacarırmış: Repertuarında 100-dən artıq mahnı var (Fotolar + Video)

Bu balinalar oxumağı da bacarırmış: Repertuarında 100-dən artıq mahnı var (Fotolar + Video)

0

Onlar bəzən orkestr üzvü kimi çıxış edirlər

“Independent” qəzetinin yazdığına görə, Vaşinqton Universiteti alimlərinin apardıqları tədqiqatlar göstərir ki, Qrenlandiya balinalarının cütləşmə dövründə ifa etdikləri yüzdən artıq müxtəlif mahnı öz strukturu ilə caz musiqisini xatırladır.

Okeanoqraf Keyt Stefford bu barədə deyir: “Onların repertuarı çox böyükdür, biz 180-dən çox mahnının audioyazısını köçürmüşük“. Onun sözlərinə görə, balinaların mahnıları öz strukturları baxımından caza bənzəyir: “Qozbel balinaların mahnıları isə, eyni zamanda klassik musiqini xatırladır”.

Alimin sözlərinə görə, illər keçdikcə Qrenlandiya balinalarının mahnı ifaları dəyişib. İndi tədqiqatçılar bunun səbəbini araşdırmağa çalışırlar.

Qeid edək ki, bu balinalar tərəfdaşlarını cəlb etmək üçün mahnı oxuyurlar. ABŞ tədqiqatçılarının fikrincə, balinalar gündüz saatlarından etibarən noyabr ayından aprel ayına qədər cütləşmə dövründə mahnı oxuyurlar. Çünki bu məməlilərin çoxalma üçün hazırlaşdıqları dövr payızda başlayır və baharın əvvəlində bitir. Dünyada bu növ məməlilərin sayı 10 mindən çox deyil.

Bunu da oxu:

Azərbaycanlı stronqman: 300 kiloluq təkərləri bir dəfəyə qaldırır – video

Azərbaycanda yeni idman federasiyasının əsası qoyulub. Stronqman əsasən Avropa və ABŞ-da böyük populyarlıq qazanıb. Bir …