Baş səhifə / Cəmiyyət / Millət vəkili ölən süpürgəçi qadının övladlarına baş çəkdi, icra başçısı isə ev tikməyə söz verdi (Fotolar / Video)

Millət vəkili ölən süpürgəçi qadının övladlarına baş çəkdi, icra başçısı isə ev tikməyə söz verdi (Fotolar / Video)

2

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə magistral yolu təmizləyərkən avtomobil qəzası nəticəsində həyatını itirən Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçisi Cəmilə Salahovanın iki körpə qız övladı Zümrüd və Jalə Məmmədovalar yetim qaldı.

Ataları da illər öncə onları tərk etdiyindən hazırda qızlar xalaları Tünzalə Salahovanın himayəsindədirlər. Özü də süpürgəçi işləyən və kirayədə yaşayan tənha qadın anasız uşaqları saxlamaqda çətinlik çəkir. Ağır həyat şəraiti keçirən ailədə azyaşlı uşaqlar belə küçədə sellofan torbaları yığıb sataraq dolanırlar. Onlar təhsil xərclərini ödəməkdə çətinlik çəkirlər.

Yeni Müsavat” olaraq sosial şəbəkədə bu məsələni ictimailəşdirdikdən sonra bir çox insanlar ailəyə yardım etmək istəyində olduqlarını bildirdilər.

Bu gün isə millət vəkili Qənirə Paşayeva “Yeni Müsavat”ın müxbirləri ilə birgə anasız qalan azyaşlı qızları ziyarət edib, baş verən bədbəxt hadisə ilə bağlı onların kədərinə şərik olub.

Ailənin problemlərini dinləyən millət vəkili onlara ərzaq yardımı və maddi yardım da edib . Həmçinin Sabunçu rayon icra başçısı Adil Vəliyevlə əlaqə saxlayaraq vəziyyətlə bağlı məlumat verib.

İcra başçısı Adil Vəliyev telefon danışığı zamanı bu barədə məlumatlı olduğunu və öz növbəsində Tünzalə Salahova və iki azyaşlı qız üçün ev tikməklə göstəriş verdiyini bildirib. O qeyd edib ki, artıq vəsait ayrılıb və bu ilin iyun ayına qədər ev hazır vəziyyətə gətiriləcək.

Bundan əlavə, millət vəkilinin hüquqi yardımı ilə qızlar rəsmi şəkildə xalaları Tünzalə Salahovanın qəyyumluğuna veriləcək ki, illərdir onları təhdid edən ataları həyatlarına müdaxilə edə bilməsin.

Qeyd edək ki, bir il öncə də “Yeni Müsavat” ailənin acınacaqlı həyat şəraiti bağlı reportaj hazırlamışdı və millət vəkili Qənirə Paşayevanın dəstəyi ilə onlara xeyli maddi yardım edilmişdi.

Sosial şəbəkədəki paylaşımlarımızdan sonra xeyli sayda insan bizə yazaraq, redaksiyamıza zəng edərək yardım etmək istədiklərini bildirdilər.

Bu səbəbdən yardım etmək istəyənlər üçün mərhum Cəmilə Salahovanın bacısı Tünzalə Salahovanın əlaqə nömrəsini qeyd edirik: (050) 376-28-34.

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …