Baş səhifə / Dünya / NATO-dan Rusiya açıqlaması…

NATO-dan Rusiya açıqlaması…

0

NATO Baş Katibi Stoltenberq Rusiyanın aqressiv siyasətinin anlaşılmaz olduğunu bildirib.

Moderator.az xəbər verir ki, Stoltenberq Kanadanın paytaxtı Ottavada Beynəlxalq Siyasi Tədqiqatlar Mərkəzində “Yeni Soyuq Müharibə və yeni silah yarışı istəmirik” deyə çıxış edib.

NATO-nun dəyişən vəziyyətlərə uyğun ən uğurlu hərbi ittifaq olduğunu və Soyuq Müharibənin yeganə güllə atılmadan əldə edildiyini deyib.

Stoltenberq 2014-ci ildən etibarən Rusiyanın aqressiv bir mövqe aldığını, Krımın işğalını xatırladıb.

Gərginliklər azalanda müdafiə xərclərinin də azaldığını, ancaq qeyri-müəyyənliklər və qeyri-sabitlik artdığı bir şəraitdə müdafiə xərclərinin məcburən artdığını ifadə edən Stoltenberq, NATO-nun bir müdafiə ittifaqı olduğunu xatırladıb. Stoltenberq qeyri-sabitliyi və təhdidləri dayandırmağın qarşısını almaqla mümkün ola biləcəyini bildirərək, əks təqdirdə Krım kimi yeni böhranların ortaya çıxa biləcəyi istiqamətində xəbərdarlıq edib.

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …