Baş səhifə / Dünya / Yeni savaş təhlükəsi: Yunanıstan Türkiyə ilə sərhədə 7 min əsgər göndərdi və türkləri hədələdi

Yeni savaş təhlükəsi: Yunanıstan Türkiyə ilə sərhədə 7 min əsgər göndərdi və türkləri hədələdi

10

Yunanıstanın baş naziri Aleksis Çiprasın Türkiyə ilə əlaqələrdə ehiyatlı olmaq barədə çağırışına etinasız yanaşan koalisiya hökumətinin millətçi partiyasından olan üzvü, müdafiə naziri Panos Kammenos yenidən mübahisəli ifadələrlə gündəmə gəlib. Belə ki, Yunanıstan müdafiə naziri P.Kammenos Türkiyəni hədələyən yeni bəyanatlarla çıxış edib. Türkləri “bizi təxribata çəkməyə davam edən düşmən” kimi xarakterizə edən yunan nazir Türkiyəyə yaxın adalara və bu ölkə ilə sərhəd bölgəyə hərbi qüvvə yığdıqlarını bəyan edib.

Yunan nazir Egey və Aralıq dənizlərində yerləşən adalara və Türkiyə ilə sərhəd bölgəsinə 7 min əsgər göndərdiklərini ifadə edərək türkləri hədələyib: “Cəsarətləri varsa, bir qarış torpağımıza göz diksinlər. Yunanlar birləşib onları əzəcəklər. Bizi təxribata çəkməyə davam edən düşmən qarşısında ayıq-sayıq olmalıyıq. Onların təhdid və təxribatları bizi qorxutmayacaq. Əksinə gücləndirəcək”.

Panos Kammanos Türkiyədə həbsdə olan iki yunan hərbçi üçün isə “onları gedib alaraq, azadlığa qovuşdurarıq, vətənə geri gətirəcəyik”, – ifadələrini işlədib.

Yunanıstan xarici işlər nazirinin müavini Giorqos Katrouqlaosdan isə tamam fərqli bəyanat gəlib. Nazir müavini Türkiyədə baş verən 15 iyul dövlət çevrilişi cəhdindən sonra Yunanıstana qaçan 8 hərbçiyə siyasi sığınacaq verilməsinin səhv addım olduğunu və Cenevrə Konvensiyaları ilə ziddiyyət təşkil etdiyini söyləyib.

Digər tərəfdən, Afinadakı Türkiyə səfirliyinə “Rubikonas” adlı iqtidar əleyhdarı qrupun üzvü olan şəxslər tərəfindən hücum olub. Qırmızı boya doldurulmuş şüşələrin səfirliyə atılması nəticəsində binanın xarici divarı zədələnib və gözləmə otağının şüşələri sınıb. Qrupun 5 üzvü polis tərəfindən saxlanılıb.

Bunu da oxu:

Marala görə iti həbs etdilər

Kanadanın Ontario əyalətindən olan 21 yaşlı Emma Tompson “Twitter”də polis tərəfindən “həbs edilmiş” itinin fotoşəklini …