Baş səhifə / Sağlamlıq / İnsan ömrünü uzatmağın yolu tapıldı: Qaraciyəri bərpa edən dərman hazırlanır

İnsan ömrünü uzatmağın yolu tapıldı: Qaraciyəri bərpa edən dərman hazırlanır

6

Qaraciyərin daha sürətli bərpası üçün dərmanlar hazırlanacaq

Stenford Universitetinin Tibb fakültəsinin alimləri qaraciyər hüceyrələrində telomeraz fermentlərinin aktivliyinin nəzarət altında və mərhələli şəkildə artırılmasının orqanın regenerasiyasına (yenilənməsinə) kömək etdiyini aşkarlayıblar. Belə ki, siroz xəstəliyinin və qaraciyər hüceyrələrinin qocalmasının idarə olunması üçün dərman preparatlarının hazırlanması mümkündür.

Telomeraz – hər bir hüceyrə bölgüsü zamanı qısalan telomerlərin xromosomların son hissəsinin uzunluğunda həddindən artıq azalmanın qarşısını alan ferment kompleksidir. DNT-də telomer zülalların amin turşusu ardıcıllığında kodlaşdırılmadığından bu sahələr genlərə zərər dəyməsinin qarşısını alan qoruyucu funksiya yerinə yetirir.

Telomerlərin qısalması hüceyrələrin qocalması səbəblərindən biridir. Telomeraz aktivliyinin qarşısını alan mutasiyalar sübut edir ki, telomerlərin qısalması gəmiricilərdə və insanlarda siroz yaradır. Eyni zamanda qaraciyər xərçənginin bədxassəli hüceyrələrində sözügedən fermentin həddindən artıq aktivliyi müşahidə olunur.

Tədqiqatçılar təsbit ediblər ki, siçanlarda olan bütün qaraciyər hüceyrələrinin (hepatositlərin) 3–5%-i yüksək miqdarda telomeraz istehsal edir, ancaq onlarda normal metabolizmada iştirak edən genlər daha az aktivliyə malikdir. Bu hüceyrələr qaraciyər boyunca bərabər şəkildə paylanıb və orqan zədələnərsə, yeni bir toxuma meydana gətirərək çoxalmağa başlayırlar.

Alimlər ümid edirlər ki, tədqiqatın nəticələri qaraciyərin sürətlə bərpa olunmasına, xərçəngdən qorunmasına və yaşlanma zamanı bədənin sağlam fəaliyyətinin uzadılmasına kömək edən dərman preparatlarının işlənib hazırlanmasına kömək edəcək.

Bunu da oxu:

Smartfona aludəçilyin ən böyük fəsadları

San-Fransisko Universitetinin alimləri müəyyən ediblər ki, hər il daha artan yeni elektron texnologiyalardan asılılıq, bağlılıq …