Baş səhifə / Maraqlı / Dünyanın sonu qaçılmazdır: Geoloq planetimizlə bağlı qorxunc sirri ortaya çıxartdı

Dünyanın sonu qaçılmazdır: Geoloq planetimizlə bağlı qorxunc sirri ortaya çıxartdı

9

ABŞ Geologiya Xidmətinin sabiq əməkdaşı İtan Trobric, bir planetin Yer kürəsinə yaxınlaşması təhlükəsi barədə bəşəriyyəti xəbərdar etmək üçün mediada sensasiyalı bir bəyanat yayıb.

“Daily Star” qəzeti yazır ki, Geologiya Xidmətinin keçmiş əməkdaşı İtan Trobricin ABŞ hökumət qurumlarından birində 10 ildən çox müddət çalışıb, özündə qaçılmaz fəlakəti əks etdirən “Nibiru” sistemini öyrənmib.

Bu sistem qəhvəyi rəngli cırtdan ulduzlardan və yeddi digər planetdən ibarətdir. Geoloqun fikrincə, NASA hələ 30 il əvvəl bu yaxınlaşma barədə məlumatlı olub və digər dövlət orqanları ilə birlikdə onun varlığını gizlətmək üçün sövdələşməyə gedib.

Alimin sözlərinə görə, Geologiya Xidmətində işələyəndə onlara Yer kürəsinin iqlimindəki son qlobal dəyişikliyin bu göy cisminin hərəkətindən asılı olub-olmadığını yoxlamaq üçün təlimat verilib.

Onun sözlərinə görə, bu məlumatlar məxfiləşdirilir, sənədlər fraqmentləşdirilirdi, onların üzərində işləyən mütəxəssislər isə bu məlumatın məqsədini anlamırdılar.

İ.Trobric dəniz səviyyəsinin kəskin yüksəlməsini, temperaturun dəyişməsini, qlobal istiləşməni və qütb buzluqlarının əriməsini “Niburu” sisteminin Yer kürsəinə təsiri ilə əlaqələndirir. Onun fikrincə, X planeti dünyanın vəziyyətini əbədi dəyişəcək: “Nibiru” Yer kürəsini öldürəcək”.

Ötən il mediada müxtəlif proqnozların ortaya çıxması gözlənilən apokalipsdən yaranan vahiməni daha da artırdı. NASA, eyni zamanda “Nibiru”nun mövcud olmadığını bildirərək bu nəzəriyyəni təkzib edir.

Eyni zamanda bir çoxları bu planeti gördüklərini, sirli göy cismini göstərən həvəskar fotoşəkillər və videoların internetdə yayıldığını iddia edirlər. (Bizimyolinfo.com)

Bunu da oxu:

Dünyanı başqa tərəfdən göstərən 12 qeyri-adi foto

Fotoqraflar bizim adi hesab etdiyimiz hər şeydə qeyri-adilik görə bilirlər. Obyektivlərin köməyi ilə bizə təqdim …